Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

30 illik sürücülük vəsiqələri ləğv edildi

Cəmiyyət

Ukrayna hökuməti sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı yeni qaydalar tətbiq edib.

Cagdas.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin açıqladığı dəyişikliklərə əsasən, indiyədək qüvvədə olan 30 illik sürücülük vəsiqələri sistemi ləğv edilir və yeni sənədlər nəqliyyat vasitəsinin kateqoriyasından asılı olaraq 5 və ya 15 il müddətinə veriləcək.

Yeni qaydalara əsasən, A1, A, B1, B və BE kateqoriyalarına aid olan moped, motosiklet, minik avtomobili və qoşqulu minik avtomobilləri üçün verilən sürücülük vəsiqələri 15 il etibarlı olacaq.

Müddət başa çatdıqdan sonra sürücülər yenidən sürücülük kursu keçmədən və ya imtahan vermədən vəsiqələrini yeniləyə biləcəklər.

Yük avtomobilləri, avtobuslar, tramvaylar və trolleybusları əhatə edən C, D və T kateqoriyaları üzrə sürücülük vəsiqələrinin etibarlılıq müddəti isə 5 il müəyyənləşdirilib.

Rəsmilər bildirirlər ki, bu qərarın məqsədi peşəkar sürücülərin sağlamlıq vəziyyətini və peşə bacarıqlarını daha müntəzəm yoxlamaq, yol hərəkəti təhlükəsizliyini artırmaqdır.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, yeni qaydalar bundan sonra veriləcək sürücülük vəsiqələrinə şamil ediləcək. Dəyişikliklərin ölkədə sürücülük vəsiqələrinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində atılan addımlardan biri olduğu bildirilir.(referans media)