Son dəqiqə
Bu ərazilərə qar yağır AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı

41 qadın 811 dəfə yumurta hüceyrələrini satıb – MÜDHİŞ CİNAYƏTİN DETALLARI

Cəmiyyət
Türkiyədə qanunsuz yumurta hüceyrəsi ticarəti ilə bağlı 14 şəhərdə əməliyyat keçirilib.

Cagdas.az  xəbər verir ki, 41 qadının maddi qazanc qarşılığında ümumilikdə 811 dəfə yumurta hüceyrəsi satdığı iddia olunur.

Türkiyənin ədliyyə naziri Akın Gürlek istintaq çərçivəsində 53 şübhəli barəsində hüquqi tədbirlərin görüldüyünü, onlardan 36-sının saxlanıldığını açıqlayıb.

Araşdırma Türkiyə ilə yanaşı Şimali Kipr Türk Respublikası (ŞKTR), Albaniya və Gürcüstanı əhatə edir. Şübhəlilər qanunsuz reproduktiv hüceyrə ticarətində ittiham olunurlar. İstintaq CİMER-ə daxil olan məlumatdan sonra İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən başladılıb.

İstintaq zamanı telefon danışıqlarının qeydləri, Maliyyə Cinayətlərini Araşdırma Şurasının (MASAK) məlumatları, şübhəlilərin xarici səfərləri və digər sübutlar araşdırılıb. Nəticədə Türkiyə vətəndaşı olan qadınların pul müqabilində yumurta hüceyrələrini satmaq məqsədilə xaricə yönləndirildiyi iddia edilib.

Əməliyyatlar zamanı bir təşkilat rəhbəri, beş idarəçi, 41 qadın donor, iki mama-ginekoloq və dörd səyahət təşkilatçısı olmaqla, ümumilikdə 53 şübhəli müəyyən edilib. Onlardan birinin həbsdə olduğu, 7 nəfərin isə xaricdə olduğu bildirilir.

Hazırda ümumilikdə 16 şübhəlinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. İstintaq çərçivəsində onların qanunsuz ticarətdəki rolları və digər mümkün əlaqələri araşdırılır.

Ədliyyə naziri Akın Gürlek insan bədənindən qanunsuz qazanc əldə edən şəxslərə qarşı mübarizənin davam etdiriləcəyini vurğulayıb.\ölkə.az\