Bu barədə Cagdas.az Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak etmək üçün ümumilikdə 1840 namizəd qeydiyyatdan keçib. Onlardan 1735 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1317 namizəd (taksi – 1122, ÖSD – 47, ÖYD – 148)tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası avqustun 7 və 10-da saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.
















