Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

5 min illik məzardan SƏRVƏT ÇIXDI

Cəmiyyət

İspaniyanın cənubundakı Malaqa şəhərində aparılan arxeoloji qazıntılar zamanı təxminən 5 min il yaşı olan monumental daş məzar aşkarlanıb. Təxminən 13 metr uzunluğundakı dolmenin böyük hissəsinin yaxşı qorunduğu, içərisindən insan qalıqları ilə yanaşı fil sümüyü, kəhrəba, dəniz qabıqları və müxtəlif daş alətlərin çıxdığı açıqlanıb.

Cagdas.az xəbər verir ki, tədqiqatçılar dolmenin Əndəlüs bölgəsində indiyədək aşkarlanmış ən böyük və ən yaxşı qorunmuş nümunələrdən biri ola biləcəyini bildirirlər. Məzarın strukturunda hündürlüyü 1,8 metrdən çox olan şaquli daş bloklar və bir-birindən ayrılan bir neçə bölmə müəyyən edilib.

Qazıntılar zamanı məzarın müxtəlif hissələrində çoxsaylı insan sümükləri tapılıb. Sümüklərlə birlikdə fil sümüyü, kəhrəba, dəniz qabıqları, ox ucluqları, iri çaxmaqdaşı bıçaqlar və balta tipli xüsusi daş silah aşkar edilib.

Bir neçə sümük kamerasının olması məzarın yalnız bir nəfər üçün deyil, kollektiv dəfnlər üçün istifadə edildiyini göstərir.

Arxeoloqların diqqətini çəkən əsas məqamlardan biri məzarın dənizdən uzaqda yerləşməsinə baxmayaraq, içərisindən dəniz qabıqlarının çıxmasıdır.

Tədqiqatçılar bunun 5 min il əvvəl müxtəlif bölgələr arasında uzun məsafəli mübadilə və əlaqələrin mövcudluğuna işarə edə biləcəyini düşünürlər.

Məzarın qeyri-adi şəkildə yaxşı qorunması həmin dövrdə yaşayan insanların dəfn adətləri, həyat tərzi və inancları haqqında yeni məlumatlar əldə etməyə imkan verə bilər.

Mütəxəssislər fil sümüyü, kəhrəba, dəniz qabıqları və digər tapıntıları araşdırmağa davam edirlər. Əşyaların ətraflı təhlilindən sonra onların mənşəyi və məzarın istifadə tarixi barədə daha çox məlumatın açıqlanacağı gözlənilir./Musavat.com/