Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

50 yaşdan sonra beyin kiçilməyə başlayırmış: Səbəblər və qarşısını almağın yolları

Cəmiyyət

“İnsan beyninin həcmi 50 yaşdan etibarən neyronların və onların arasındakı sinir bağlantılarının azalması nəticəsində hər on ildə orta hesabla 2-3% kiçilir”.

Cagdas.az xəbər verir ki, bunu TASS-a açıqlamasında tibb elmləri namizədi Valeri Litvinov deyib.

“Bu proses neyronların kütləvi şəkildə məhv olması ilə deyil, onların ölçülərinin kiçilməsi, uzantılarının qısalması və neyronlararası əlaqələrin sayının məhdudlaşması ilə bağlıdır. Eyni zamanda, yaşa dolduqca beyinin köməkçi hüceyrələrinin funksiyası da zəifləyir. Lakin yaşla əlaqədar baş verən bu dəyişiklikləri ləngitmək mümkündür. Üstəlik, sözügedən orqan yenidən formalaşmaq və itkiləri bərpa etmək xüsusiyyətinə malik olan güclü neyroplastiklik potensialına sahibdir”, – deyə o bildirib.

Litvinov əlavə edib ki, müasir araşdırmalara əsasən, beyin qabığının bəzi təbəqələri aktiv çalışdırıldığı təqdirdə ən dərin qocalıq dövründə belə öz stabilliyini qoruya bilir: “Beyinin sağlamlığını qorumağın ən effektiv yolları müntəzəm fiziki aktivlik (xüsusən koordinasiya və diqqət tələb edən hərəkətlər), omeqa-3 yağ turşuları ilə zəngin olan balanslı qidalanma rejimi, eləcə də fasiləsiz intellektual və sosial fəaliyyətdir”./oxu.az