• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.5° Weather Columbus
$
1.7
€
1.9814
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

600 balla tələbə olmayanlar kimlərdir? – AÇIQLAMA

25 Avqust, 26 / 19:43
A A

Yüksək bal toplayan bəzi abituriyentlərin istədiyi ixtisasa qəbul ola bilməməsi seçim strategiyası ilə bağlı suallar yaradır.

600-dən çox bal toplayan abituriyent hansı səbəblərdən istədiyi ixtisasa düşməyə bilər?

Cagdas.az  bidirir ki, təhsil eksperti Məzahir Məmmədli Sfera.az-a açıqlamasında deyib ki, ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentlər həmişə arzuladıqları və istədikləri ixtisası seçə bilmirlər.

 

 

Onun fikrincə, bunun səbəbi müəyyən keçid ballarının əvvəlcədən müəyyən olunması və həmin bala uyğun ixtisas seçimi imkanının yaradılmasıdır. Ekspertin fikrincə, bu problemdən xilas olmaq üçün “15 ixtisas” modeli aradan qaldırılmalıdır.

O bildirib ki, hər kəs topladığı bal nəzərə alınmaqla sevdiyi və seçdiyi ixtisasa getmək imkanına sahib olmalıdır. M.Məmmədli bu il xüsusi narahatlıq doğuran məsələlərdən birinin Respublika Fənn Olimpiadası qaliblərinin ali təhsil müəssisələrinə imtahansız qəbulu ilə bağlı olduğunu da vurğulayıb: “680-690 bal toplayıb, yəni bu artıq maksimuma yaxın bir göstəricidir, lakin onlar istədikləri ixtisasa düşə bilmədilər. Çünki bu, Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlcədən planlaşdırılmış plan yerlərinin dolmasına səbəb oldu. Həmin yüksək bal toplayan abituriyentlər bu prosesdən kənarda qaldılar”.

Ekspert söyləyib ki, bu məsələyə diqqət yetirilməli və ən azı Respublika Fənn Olimpiadası qaliblərinin imtahansız qəbul olunması üçün ayrıca plan yeri ayrılmalıdır. Həmin şəxslərin qəbulu yüksək bal toplayan digər abituriyentlər üçün nəzərdə tutulan plan yerlərinə hesablanmamalıdır:

“Ümumilikdə abituriyentlər arasında Azərbaycanda fəaliyyət göstərən özəl universitetlərə qarşı birmənalı münasibət formalaşmayıb. Onlar özəl universitetlərdən məzun olduqdan sonra iş tapmaq imkanlarının məhdud olacağını düşünürlər. Bu da özəl universitetlərin PR işinin zəifliyi ilə əlaqəlidir. Özəl universitetlər də Azərbaycan Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş standartlara uyğunlaşdırılmış və qəbul olunmuş, akkreditasiyadan keçmiş ali təhsil müəssisələridir”.

M.Məmmədli bu il ali təhsildən kənarda qalan abituriyentlərin sayının da faciəli hal olmadığını düşünür.

O hesab edir ki, təxminən 28 mindən çox abituriyentin kənarda qalması normal haldır:

“Çünki 61 min yerə qarşı 87 mindən artıq, abituriyent mübarizə aparırdı. Əlbəttə ki, nəticələr bu cür olmalı idi”.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 87146 nəfər iştirak edib. Onlardan 58947 nəfəri (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 28108 (o cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı əsasında, 30522 (o cümlədən 3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Bənzər Xəbərlər

Cəmiyyət

Rusiyada Qaz Kimya Kompleksindəki yanğında Çin vətəndaşı ölüb, yaralı sayı 100-ü ötüb

Avqust 25, 2026
Cəmiyyət

“Qafqaz mafiyası”nın lideri belə öldürüldü – Anbaan VİDEO

Avqust 25, 2026
Cəmiyyət

Elçibəyin qardaşı qızının evi əlindən alınıb?

Avqust 25, 2026
Cəmiyyət

Bu gecə metro 1 saat artıq işləyəcək

Avqust 25, 2026
Cəmiyyət

Vüqar Bayramovdan pensiya artımı ilə bağlı müjdə

Avqust 25, 2026
Cəmiyyət

Uşağınızındakı bu davranışlar bağçadakı zorakılığın göstəricisi ola bilər – AÇIQLAMA

Avqust 25, 2026

XƏBƏR LENTİ

Rusiyada Qaz Kimya Kompleksindəki yanğında Çin vətəndaşı ölüb, yaralı sayı 100-ü ötüb

25 Avqust, 26 / 20:24

“Qafqaz mafiyası”nın lideri belə öldürüldü – Anbaan VİDEO

25 Avqust, 26 / 20:10

Dünya bu xəbərlə silkələndi! ABŞ sanksiyaları sərtləşdirdi, İran cavab hücumu vəd etdi

25 Avqust, 26 / 19:56

600 balla tələbə olmayanlar kimlərdir? – AÇIQLAMA

25 Avqust, 26 / 19:43

Elçibəyin qardaşı qızının evi əlindən alınıb?

25 Avqust, 26 / 19:29

Bu gecə metro 1 saat artıq işləyəcək

25 Avqust, 26 / 19:15

Vüqar Bayramovdan pensiya artımı ilə bağlı müjdə

25 Avqust, 26 / 19:01

Uşağınızındakı bu davranışlar bağçadakı zorakılığın göstəricisi ola bilər – AÇIQLAMA

25 Avqust, 26 / 18:51

Palma yağı rekordu: Əhali gizlicə zəhər yeyir? – ŞOK RƏQƏMLƏR

25 Avqust, 26 / 18:37

İki şəhid övladı DTX-nin Akademiyasına qəbul oldu – FOTO

25 Avqust, 26 / 18:23
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.