Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

9-cu sinif məzunları bu kollecləri seçə bilməz – SİYAHI

Cəmiyyət

9 illik orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir. Abituriyentlər seçimlərini edərkən bəzi orta ixtisas təhsili müəssisələrinin yalnız tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu apardığını nəzərə almalıdırlar.

Cagdas.az Azedu.az-a istinadən xəbər verir ki, bir sıra kolleclər 11 illik orta təhsil bazasında qəbul planında yer alsa da, həmin təhsil müəssisələrinə 9 illik orta təhsil bazasında qəbul aparılmır. Bu səbəbdən 9-cu sinif məzunları həmin kollecləri seçim siyahılarında görə bilməyəcəklər.

11 illik orta təhsil bazasında qəbul aparılıb, lakin 9 illik orta təhsil bazasında qəbul nəzərdə tutulmayan kolleclər sırasında 1 nömrəli Bakı Tibb Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci, Naxçıvan Tibb Kolleci, Gəncə Tibb Kolleci, Ə. Əliyev adına Sumqayıt Tibb Kolleci, Quba Tibb Kolleci, Mingəçevir Tibb Kolleci, Şəki Tibb Kolleci, Lənkəran Tibb Kolleci, Saatlı Tibb Kolleci və Cəlilabad Tibb Kolleci yer alır.

Eyni zamanda, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı İlahiyyat İnstitutunun nəzdində Bakı İlahiyyat Kolleci, Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində Gəncə Dövlət Aqrar Kolleci, Odlar Yurdu Kolleci və Bakı Avrasiya Kolleci də yalnız 11 illik orta təhsil bazasında qəbul aparan orta ixtisas təhsili müəssisələri sırasındadır