• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23° Weather Columbus
$
1.7
€
1.9696
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

19 Avqust, 26 / 17:35
A A

Avqustun 28-də ilin ikinci Ay tutulması baş verəcək. Azərbaycanda tutulmanın 32 dəqiqə ərzində müşahidə ediləcəyi bildirilir.

Ay tutulmasının Yer kürəsinə hansı təsirləri ola bilər? Avqust ayında meteor yağışı, Günəş tutulması, Ay tutulması, planetlərin sıra ilə düzülməsi kimi astronomik hadisələrin ard-arda baş verməsinin səbəbi nədir?

Cagdas.az  xəbər verir ki, Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, Günəş və Ay tutulması, eləcə də planetlərin müəyyən düzülüşdə olması ilə müxtəlif təbii hadisələr arasında əlaqənin olduğu deyilir:

“Amma bunun demək olar ki, elmi sübutu yoxdur. Məsələn, Türkiyədə baş vermiş zəlzələdən əvvəl Günəş tutulması olmuşdu və bəzən belə hadisələri sonradan zəlzələ və digər təbii fəlakətlərlə əlaqələndirirlər. Bunlar, əksər hallarda, mifoloji yanaşmalardır və insanlarda müəyyən qorxu yaratmağa xidmət edir. Əslində isə bunlar qalaktikada baş verən tamamilə normal təbiət hadisələridir. Biz onların yalnız bir qismini müşahidə edir və öyrənirik. Halbuki bizim bilmədiyimiz, müşahidə edə bilmədiyimiz çoxlu proseslər də baş verir”.

Ekoloq bildirib ki, illərdir Ay tutulmalarını müşahidə edirik:

“Bu müddətdə zəlzələlər də olub, vulkanlar da püskürüb. Amma bu, onların bir-biri ilə əlaqəli olduğunu deməyə əsas vermir. Ay tutulması qorxulu hadisə deyil. Ayın Yer kürəsinin kölgəsinə düşməsi nəticəsində onun görünüşü dəyişir. Bunun hansısa böyük fəlakətə səbəb olacağını düşünmək üçün əsas yoxdur”.

Meteor yağışlarına gəldikdə isə, ekoloq qeyd edib ki, meteorlar daim Yer atmosferinə daxil olur:

“Onların əksəriyyəti atmosferə daxil olarkən yanır və kiçilir. Bəzən isə müəyyən ölçüdə meteorit parçaları Yer səthinə çatır. Böyük ölçülü asteroid və meteoritlər Yer kürəsinə yaxınlaşdıqda alimlər tərəfindən müşahidə olunur. Xüsusilə NASA və digər kosmik agentliklər belə obyektləri izləyirlər. Böyük bir asteroidin Yerə çarpması ciddi təhlükə yarada bilər. Hətta əvvəlki illərdə belə obyektlərin trayektoriyasını dəyişdirmək və ya zərərsizləşdirmək üçün müxtəlif elmi və texniki layihələr də müzakirə olunub. Hər meteorun Yerə düşməsini böyük təhlükə kimi qəbul etmək də düzgün deyil”.

Q.İbrahimli vurğulayıb ki, ayın 28-də gözlənilən Ay tutulması ilə bağlı da ciddi narahatlıq yaradacaq hər hansı əsas görmür:

“Bu, normal astronomik hadisədir və onun ardınca hansısa təbii fəlakətin baş verəcəyini düşünmək üçün elmi əsas yoxdur. Yəni təbii fəlakətlərin Ay tutulması ilə hər hansı əlaqəsi yoxdur, ona görə də narahat olmağa dəyməz. Ay tutulması ilə bağlı xalq arasında müxtəlif mifoloji inanclar və adətlər də mövcud olub. Məsələn, bəzi yerlərdə Ay tutulanda mis qabları bir-birinə vurarmışlar ki, guya bununla Ayın qarşısı açılsın, fəlakət aradan qalxsın və dünya bəladan xilas olsun. Bunların hamısı xalq arasında formalaşmış əfsanə və inanclardır, elmi əsası yoxdur”.

Bənzər Xəbərlər

Cəmiyyət

Alparslan Kuytul və xanımı saxlanıldı – FOTOLAR

Avqust 19, 2026
Cəmiyyət

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi” – VİDEO

Avqust 19, 2026
Cəmiyyət

150 ilin ən güclü istisi qapıdadır – Ərzaq da bahalaşacaq

Avqust 19, 2026
Cəmiyyət

Bu ilin ilk yarısında Azərbaycan üzərindən 16 milyon 651 ton yük danışıb – Deputat

Avqust 19, 2026
Cəmiyyət

Payızda qiymət artımı gözləntisi

Avqust 19, 2026
Cəmiyyət

İstifadə edilməyən BakıKart QR biletlərinin məbləği sərnişinə qaytarılır? – RƏSMİ AÇIQLAMA

Avqust 19, 2026

XƏBƏR LENTİ

İmran Xan Ərdoğanın xahişi ilə azadlığa çıxıb?

19 Avqust, 26 / 18:30

Alparslan Kuytul və xanımı saxlanıldı – FOTOLAR

19 Avqust, 26 / 18:16

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi” – VİDEO

19 Avqust, 26 / 18:03

150 ilin ən güclü istisi qapıdadır – Ərzaq da bahalaşacaq

19 Avqust, 26 / 17:49

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

19 Avqust, 26 / 17:35

Bu ilin ilk yarısında Azərbaycan üzərindən 16 milyon 651 ton yük danışıb – Deputat

19 Avqust, 26 / 17:21

Payızda qiymət artımı gözləntisi

19 Avqust, 26 / 17:07

İstifadə edilməyən BakıKart QR biletlərinin məbləği sərnişinə qaytarılır? – RƏSMİ AÇIQLAMA

19 Avqust, 26 / 16:53

Qurban Qurbanovdan AÇIQLAMA

19 Avqust, 26 / 16:39

İş saatları ən çox və ən az olan sahələr – SİYAHI

19 Avqust, 26 / 16:25
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.