Son dəqiqə
Etibarnamə ilə maşın sürənlərin NƏZƏRİNƏ: Artıq köhnəlmiş mexanizm… Sürücülərin nəzərinə – Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK Bu sənəd artıq kağızla verilməyəcək – YENİLİK Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir Övladlığa götürmə qaydaları dəyişdi – FƏRMAN Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə Ermənistan və İranın xarici işlər nazirləri geniş tərkibdə danışıqlar aparır Deputatlarımız ATƏT PA-nın iclasında iştirak edəcəklər Ermənistanda polisləri güllələdilər: 2 yaralı Ramiz Mehdiyev məhkəməsinə onlayn qoşulacaq – Proses qapalı keçiriləcək
Reklam
Reklam

SOCAR və “Samsung E&A Co., Ltd.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Samsung E&A Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru Honq Namkunq ilə görüşüb.

Çağdaş.Az xəbər verir ki, görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes və investisiya mühiti haqqında məlumat verilib. Ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına və qlobal dəyər zəncirlərinə inteqrasiyası baxımından görülən işlər diqqətə çatdırılıb, əməkdaşlıq imkanları qeyd olunub.

Tərəflər enerji sahəsində tərəfdaşlığın genişləndirilməsi barədə müzakirə aparıblar.

Görüş çərçivəsində SOCAR və “Samsung E&A Co., Ltd.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd enerji aktivlərinin səmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regional sənaye və təchizat mərkəzinin yaradılması, insan kapitalının inkişafı və karbonsuzlaşma üzrə əməkdaşlıq perspektivlərinin araşdırılmasını nəzərdə tutur.

Sənədin icrası yerli şirkətlərin qlobal dəyər zəncirinə inteqrasiyası baxımından da əhəmiyyət daşıyır.

Dünyanın ən böyük transmilli konqlomeratlarından olan “Samsung Group”un törəmə şirkəti “Samsung E&A Co., Ltd.” qlobal mühəndislik, satınalma və tikinti (EPC) podratçısıdır. Şirkət texniki-iqtisadi əsaslandırma (FS), detallı mühəndislik, satınalma, tikinti, istismaravermə (commissioning) və layihə idarəetməsi daxil olmaqla inteqrə olunmuş xidmətlər təqdim edir. “Samsung E&A Co., Ltd.” hidrokarbonlar və enerji infrastrukturu üzrə neft və qaz emalı zavodları, neftayırma və neft-kimya kompleksləri, qaz emalı və yardımçı infrastruktur obyektlərini layihələndirir və həyata keçirir. Şirkət Yaxın Şərq, Asiya və digər strateji enerji bazarlarında irimiqyaslı layihələrdə təcrübəyə malikdir.