Son dəqiqə
Prezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib – FOTO İlin sonuna dək Ağdamda əhalinin sayı 20 minə çatacaq Yeni səfir İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim etdi Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək Prezident Avstriyanın Azərbaycandakı yeni səfirini qəbul etdi – FOTOLAR Ağdamın üç kəndində torpaqların əkinə verilməsi üçün işlər aparılır Ağdamdan Kəlbəcərə yeni yol çəkilir – VİDEO İbtidai təhsildə əsaslı dəyişikliklər olmasa, ali təhsildə irəliləyiş olmayacaq Bu şəxslər pulsuz hüquqi yardım alacaqlar Özəl məhkəmə ekspertləri 10 faiz vergi ödəyəcəklər
Reklam
Reklam

Prezident Avstriyanın Azərbaycandakı yeni səfirini qəbul etdi – FOTOLAR

Cəmiyyət

Prezident İlham Əliyev oktyabrın 5-də Avstriyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib.

Cagdas.az  xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi və Azərbaycan dilində dedi: “Zati-aliləri cənab Prezident, Avstriyanın Bakıdakı yeni səfiri olaraq öz etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram”.

Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan dilini daha yaxşı öyrənəcəyinə ümidvarlığını bildirib.

Dövlətimizin başçısı səfirin Azərbaycan dilində danışmasından məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi dialoq, iqtisadi, qarşılıqlı sərmayələr, mədəniyyət və digər sahələrdə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyi ifadə etdi, Azərbaycanda uzun illərdir ki, Avstriya şirkətlərinin fəaliyyət göstərdiyini deyərək, perspektivdə onların sayının artmasının önəminə toxunub.

Dövlətimizin başçısı iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan bəri qarşılıqlı hörmətə əsaslanan əlaqələrimizin inkişaf etdiyini deyib.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səfir ikitərəfli münasibətlərimizin genişləndirilməsi istiqamətində səylə çalışacağını qeyd edib.

Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin münasibətlərimizin inkişafındakı roluna toxunuldu, Azərbaycanın və Avstriyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının önəmi vurğulanıb.

Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə qeyd edildi, bu xüsusda cari ilin yanvarından Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanması məmnunluqla xatırlanıb.