Sosial şəbəkədə dövlət bayrağımıza hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.
Cagdas.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aprelin 29-da çəkilən videoda həmin şəxsi görən vətəndaşların ona irad tutduğu görünür.
Vətəndaşlar bayrağa nalayiq münasibət göstərən şəxsə irad bildirəndən sonra həmin gənc bayrağı öpərək üzrxahlığını bildirib.
Hadisə Sumqayıt şəhərində qeydə alınıb.
Görüntülərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. Həmin şəxs barəsində məsuliyyət tədbiri görüləcək.
















