• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.9° Weather Columbus
$
1.7
€
1.995
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Ətin qiyməti ilə bağlı SON DƏQİQƏ açıqlaması

09 May, 26 / 13:36
A A

Azərbaycanda heyvandarlıq sektorunun strukturunu kökündən dəyişəcək, eyni zamanda ət bazarında ciddi qiymət dalğalanmalarına səbəb ola biləcək yeni tənzimləmə addımları atılır. Heyvanların kəsilməsi üçün minimum yaş və ya çəki həddinin müəyyən edilməsi təşəbbüsü, ilk baxışda sadə bir inzibati qərar kimi görünsə də, əslində sahənin gələcəyini müəyyən edən strateji bir gedişdir. Bu yanaşmanın əsas məqsədi erkən kəsim hallarının qarşısını almaq, heyvanların bioloji potensialından maksimum istifadə etmək və bazara daha optimal çəkidə, keyfiyyətli məhsul çıxarmaqdır. Lakin islahatın tətbiqi həm fermerlər, həm də istehlakçılar üçün bir sıra həssas məqamları gündəmə gətirir.

Çağdaş.Az xəbər verir ki məsələ ilə bağlı Nocomment.az-a danışan iqtisadçı ekspert Asif İbrahimov qeyd edib ki, bu tənzimləmə fermerləri daha peşəkar və məhsuldar yanaşmaya sövq edəcək: “Minimum yaş və ya çəki tələbi fermerləri heyvanları daha uzun müddət bəsləməyə təşviq edəcək ki, bu da birbaşa karkas çəkisinin yüksəlməsinə və ət istehsalının artmasına səbəb olacaq. Bu yanaşma seleksiya işlərinə, yem bazasının təkmilləşdirilməsinə və müasir bəsləmə texnologiyalarına marağı artıraraq sektorun dayanıqlı inkişafına təkan verə bilər. Uzunmüddətli perspektivdə bu, bazarın strukturlaşması üçün müsbət addımdır”.

Ekspertin sözlərinə görə, islahatın ilkin mərhələsində bazarda qiymət təzyiqlərinin yaranması qaçılmazdır: “Qısa müddətli dövrdə ət qiymətlərində artım riski var. Erkən kəsimlərin məhdudlaşdırılması səbəbindən təklif müvəqqəti azalacaq, eyni zamanda fermerlərin yem, saxlanma və baytarlıq xərcləri artdığı üçün məhsulun maya dəyəri yüksələcək. Lakin bu, keçid dövrünün çətinliyidir. Orta və uzun müddətdə daha iriçəkili heyvanların bazara çıxması ümumi təklifi artıracaq və effektiv istehsal sayəsində qiymətlərin sabitləşməsi mümkün olacaq”.

Asif İbrahimovun fikrincə, kiçik fermerlərin maliyyə yükü və yem bazasının vəziyyəti xüsusi diqqətdə saxlanılmalıdır. Əgər nəzarət mexanizmləri düzgün qurulmazsa, bu qərar qeyri-rəsmi kəsim hallarına və bazarın kölgəyə çəkilməsinə yol aça bilər. İqtisadçı vurğulayır ki, uzunmüddətli inkişaf üçün bu tənzimləmə vacib olsa da, fermerlərin artan xərcləri mütləq nəzərə alınmalı və onlara paralel olaraq ciddi dövlət dəstəyi mexanizmləri tətbiq edilməlidir.

Bənzər Xəbərlər

İqtisadiyyat

Pensiyaçılara şad xəbər – bu şəxslərin təqaüd yaşı azaldılacaq

May 9, 2026
İqtisadiyyat

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq

May 9, 2026
İqtisadiyyat

Kriptobirjada artım – “Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb

May 9, 2026
İqtisadiyyat

Dünya bazarlarında neftin qiyməti 101 dolları ötüb

May 9, 2026
Cəmiyyət

Maaşlarla bağlı şad xəbər: prosesə start verilir - 2 ay ərzində...

May 8, 2026
Cəmiyyət

Azərbaycanda suyun qiyməti artır? – ANONS VERİLDİ

May 8, 2026

XƏBƏR LENTİ

Azərbaycanda zəlzələ olub

09 May, 26 / 16:41

Prezident və birinci xanım Cəbrayılın Şükürbəyli kəndinin açılışında iştirak ediblər

09 May, 26 / 16:14

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər ediblər

09 May, 26 / 15:46

Pensiyaçılara şad xəbər – bu şəxslərin təqaüd yaşı azaldılacaq

09 May, 26 / 15:24

Azərbaycanın taleyini dəyişən lider - Heydər Əliyevin siyasi missiyası

09 May, 26 / 14:58

Qurban Qurbanov Türkiyə klubunda?

09 May, 26 / 14:22

Azərbaycanda nikahla bağlı mühüm qərar verildi

09 May, 26 / 13:55

Ətin qiyməti ilə bağlı SON DƏQİQƏ açıqlaması

09 May, 26 / 13:36

Qriqoryan: Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə üç sənəd layihəsini razılaşdırıb

09 May, 26 / 13:15

Sabahın havası açıqlandı

09 May, 26 / 12:58
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.