Son dəqiqə
Reklam
Reklam

Ermənistanda 6 deputat köməkçisi cəzalandırıldı

Cəmiyyət

Ötən gün Ermənistan parlamentində baş verən əlbəyaxa davadan sonra müxalifətdəki “Güclü Ermənistan” fraksiyasından olan deputatın köməkçilərinin binaya girişinə qadağa qoyulub.

Cagdas.az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, parlament spikeri Ruben Rubinyanın qərarı ilə deputat köməkçilərinin qarşıdurmaya mümkün müdaxiləsi ilə bağlı xidməti araşdırma aparılacaq.

Qeyd edək ki, parlamentdə dava oktyabrın 6-da keçirilən iclas zamanı baş verib. İnsident “Güclü Ermənistan” fraksiyasının deputatı Edgar Kazaryanın çıxışı zamanı spiker Ruben Rubinyanın onun çıxışını yarımçıq kəsməsindən sonra başlayıb. Kazaryan Rubinyanı dövlət vəsaitlərini israf etməkdə ittiham edib. Rubinyan deputatın gündəlikdən kənara çıxdığını bildirərək ona çıxışını davam etdirməyə imkan verməyib.

Bundan sonra hakim “Mülki Müqavilə” partiyasının deputatı Vahe Qalumyan yerindən qalxaraq müxalifət deputatlarının olduğu istiqamətə gedib. O, Vaginak Vartanyanı bir neçə dəfə itələyib və bundan sonra deputatlar arasında əlbəyaxa dava başlayıb. Ruben Rubinyan iclasa fasilə elan edib. Deputatları ayırmaq üçün parlamentin təhlükəsizlik əməkdaşları müdaxilə etməli olub.\modern.az\