Son dəqiqə
Reklam
Reklam

“Dünyanın sonu yaxınlaşır” – Keşiş tarixi AÇIQLADI

Dünya

Cənubi Afrika Respublikasında yaşayan keşiş Yoşua Mlakela dünyanın sonu ilə bağlı yeni iddia ilə çıxış edib. O, insanların “göyə yüksəlməsi” hadisəsinin 2026-cı il oktyabrın 12-13-də baş verəcəyini bildirib.

Cagdas.az xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb.

Dünyanın sonu ilə bağlı əvvəlki proqnozları özünü doğrultmayan Mlakela yeni tarixlə bağlı məlumatı gördüyü görüntülər zamanı Allah və İsa Məsihin ona göründüyünü iddia edib. Onun sözlərinə görə, söhbət bəzi xristianların “Böyük məşəqqət” dövründən əvvəl möminlərin göyə yüksəlməsi ilə əlaqələndirdiyi hadisədən gedir.

Keşiş bildirib ki, açıqladığı tarixlər qətidir və onların daha təxirə salınacağını gözləmir. Onun iddiasına görə, “göyə yüksəlmə” hadisəsinin oktyabrın 12-13-də baş verməsi gözlənilir. Bu iddia ilə bağlı hər hansı elmi və ya müstəqil təsdiqlənmiş dəlil təqdim edilməyib.\sfera.az\