• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.5° Weather Columbus
$
1.7
€
1.98
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

BƏƏ yeni neft kəmərinin tikintisini sürətləndirir – Hörmüz asılılığı başa çatacaq

15 May, 26 / 15:26
A A

Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) şirkətin Fuceyra əmirliyi vasitəsilə ixrac gücünü ikiqat artıracaq yeni Qərb-Şərq boru kəmərinin tikintisini sürətləndirəcək.

Cagdas.az xəbər verir ki, məlumatı Əbu-Dabi hökumətinin mətbuat xidməti yayıb. Bildirilir ki, işlərin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.

ADNOC İcraiyyə Komitəsinin iclasından sonra verilən açıqlamada deyilir:

“Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan ADNOC-un Fuceyra vasitəsilə ixrac gücünü ikiqat artıracaq yeni Qərb-Şərq boru kəməri layihəsi barədə məlumatlandırılıb. Boru kəməri hazırda tikinti mərhələsindədir və 2027-ci ildə istifadəyə verilməsi gözlənilir”.

Bəyanatda vurğulanıb ki, iclasa sədrlik edən vəliəhd “şirkət rəhbərliyinə layihənin həyata keçirilməsini sürətləndirmək tapşırığı verib”.

Hazırda BƏƏ neftinin Hörmüz boğazından yan keçməklə daşınmasının əsas marşrutu 2012-ci ildə istifadəyə verilmiş Habshan-Fuceyra boru kəməridir. Onun ötürmə qabiliyyəti gündə təxminən 1,5 milyon bareldir. Yeni Qərb-Şərq boru kəmərinin tikintisi BƏƏ-yə Oman körfəzi sahilində yerləşən Fucayra limanı vasitəsilə qlobal bazarlara karbohidrogen tədarükünü əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

Qərb-Şərq layihəsi Əbu-Dabinin Habshan bölgəsindəki quru yataqlarını Fucayradakı əsas neft terminalı ilə birləşdirən 500 kilometrlik neft kəmərini nəzərdə tutur. Boru kəmərinin tikintisinə 2025-ci ilin fevral ayında başlayıb və ilk boru qaynaq mərasimi Əbu-Dabinin Əl-Əyn bölgəsində keçirilib. Podratçılardan biri boru kəmərinin bir neçə hissəsinin tikintisi üçün müqavilə bağlayan Çinin China Petroleum Engineering Construction Corporation şirkətidır.

Qeyd edək ki, BƏƏ bu ilin mayından OPEK və OPEK+ alyanslarından çıxıb. Bu, ölkənin neft hasilatı və ixracını sürətlə artırmaq planından irəli gəlib.

BƏƏ eyni zamanda Körfəz dövlətləri arasında İrana qarşı ən sərt mövqeyi ilə seçilir. Onun öz neft ixracını İranın nəzarətində olan Hörmüz boğazından asılılıqdan qurtarmaq istəyi də bu mövqedən qaynaqlanır.

İranla ABŞ arasında münaqişənin sülhlə bitməsi bir neçə ay ərzində Hörmüzlə ixracın tam bərpa olunması ilə nəticələnəcək. Hesablamalara görə, sülh razılaşması əldə olunarsa, 2026-cı ilin sonunadək neft bazarında sabitlik bərpa olunacaq. 2027-ci ildən BƏƏ-nin yeni marşrutla ixracı artırması bazarda qiymətləri aşağı çəkən amillərdən biri olacaq.(musavat.com)

Bənzər Xəbərlər

Dünya

Tramp öldürüləcəyi halda Vensə gizli məktub qoyub

May 14, 2026
Dünya

Körfəzdə gizli savaş? – Səudiyyə Ərəbistanı ilə bağlı şok iddia

May 14, 2026
Dünya

İran Çin gəmilərinin Hörmüz boğazından keçidini sürətləndirir

May 14, 2026
Dünya

Trampın Çin səfəri fonunda Pekindən diqqətçəkən AÇIQLAMA

May 14, 2026
Dünya

Kiyev məhkəməsi Yermakı 60 gün həbs cəzasına məhkum etdi

May 14, 2026
FILE PHOTO: Russian Defence Minister Sergei Shoigu delivers a speech during an annual meeting of the Defence Ministry Board in Moscow, Russia, December 21, 2022. Sputnik/Sergei Fadeichev/Pool via REUTERS
Dünya

Təhlükəsizlik Şurası: Ukraynada davamlı sülh yalnız bu halda mümkündür

May 14, 2026

XƏBƏR LENTİ

Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb – Səbəbi bu İMİŞ

15 May, 26 / 18:37

Bakı və Abşeronda intensiv yağışlar yağacaq – XƏBƏRDARLIQ

15 May, 26 / 18:23

Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək – QƏRAR

15 May, 26 / 18:09

Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü – VİDEO

15 May, 26 / 17:56

Astanada Vahid Tranzit İcazəsi Sazişi imzalandı – FOTOLAR

15 May, 26 / 17:44

DYP sürücülərə müraciət etdi

15 May, 26 / 17:30

Paşinyandan Türkiyə sərhədi ilə bağlı mesaj: Bunu istəyirik

15 May, 26 / 17:15

Əli Əsədov qərar imzaladı

15 May, 26 / 17:01

Təhsildə yenilik – ali məktəblərə qeydiyyat mygov-la aparılacaq

15 May, 26 / 16:50

SON DƏQİQƏ: Bu halda Ermənistan müharibəyə başlayacaq…

15 May, 26 / 16:36
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.