• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.9° Weather Columbus
$
1.7
€
1.9741
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Tramp Ukraynaya dəstək müqabilində Avropaya şərt qoydu

17 İyun, 26 / 16:07
A A

ABŞ Prezidenti Donald Tramp Ukraynaya dəstəyin davam etdirilməsi və Rusiyaya qarşı təzyiqlərin artırılmasına hazır olduğunu bəyan edib.

Cagdas.az  xəbər verir ki, bu barədə “Politico” nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Bununla yanaşı, o, Avropa müttəfiqlərinin Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatına dəstək verməsini vacib şərt kimi irəli sürüb.

Nəşrin məlumatına görə, Tramp bu mövqeyini G7 sammiti çərçivəsində keçirilən qapalı görüşlərdə səsləndirib. “Böyük yeddilik” ölkələrinin liderləri Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasına yardım göstərməyə hazır olduqlarını bildirsələr də, bunun müəyyən şərtlər daxilində mümkün ola biləcəyini vurğulayıblar.

Fransa Prezidenti Emmanuel Makron qeyd edib ki, minalardan təmizləmə əməliyyatı yalnız ABŞ-ın rəsmi müraciəti və prosesdə iştirak edən tərəflərin, xüsusilə İran və Omanın razılığı əsasında həyata keçirilə bilər.

Məsələ ilə bağlı yekun razılıq əldə olunmasa da, Almaniya kansleri Fridrix Merts Trampla keçirdiyi görüşdən sonra danışıqların nəticələrinə nikbin yanaşdığını bildirib.

Politico yazır ki, sammit öncəsi Avropa liderləri Trampın Ukraynanı ərazi güzəştlərinə razı salmağa çalışacağından ehtiyat edirdilər. Bu narahatlıqlar onun Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığından sonra daha da güclənmişdi.

Lakin ABŞ Prezidenti gözlənilmədən Rusiyanın neft sektoruna qarşı sərt sanksiyaların yenidən tətbiq edilə biləcəyini açıqlayıb.

“Rusiya razılaşmaya gəlməlidir”, – deyə Tramp vurğulayıb.

G7 liderləri görüşün yekununda Rusiyaya qarşı təzyiqlərin artırılmasını nəzərdə tutan birgə bəyanat qəbul ediblər. Sənəddə Rusiyanın neft-qaz sektoruna qarşı əlavə məhdudiyyətlərin tətbiqinin nəzərdən keçiriləcəyi qeyd olunur.

Bununla yanaşı, tərəflər Ukraynaya hava hücumundan müdafiə sistemləri, raket əleyhinə vasitələr və uzaqmənzilli silahların tədarükünün artırılması barədə razılığa gəliblər. Həmçinin bu silahların Ukrayna ərazisində istehsalı üçün lisenziyaların verilməsi imkanları da müzakirə olunacaq.

G7 ölkələri qarşıdan gələn qış mövsümü ərəfəsində Ukraynanın enerji dayanıqlığının gücləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsinə də dəstək ifadə ediblər.

Birgə bəyanatda bildirilir ki, ABŞ və İran arasında Hörmüz boğazının açıq saxlanılması ilə bağlı əldə olunmuş razılaşma Rusiyanın enerji sektoruna qarşı təzyiqlərin artırılması üçün əlverişli şərait formalaşdırıb.(modern.az)

Bənzər Xəbərlər

Dünya

Hörmüz boğazından “VIP” keçid planı: ABŞ hərbi gəmilərin mühafizəsi ilə pullu tranzit təklif edir

İyun 17, 2026
Dünya

Rusiyada yanacaq böhranı DƏRİNLƏŞİR – Benzin satışında YENİ MƏHDUDİYYƏTLƏR

İyun 17, 2026
Dünya

Ebola virusu dünyaya yayılır: Risk qrupunda olan ÖLKƏLƏR

İyun 16, 2026
Dünya

ABŞ–İran danışıqlarında 24 milyardlıq aktivlər gündəmdə – mühüm detal ortaya çıxdı

İyun 16, 2026
Dünya

Trampdan sensasion AÇIQLAMA: Hizbullah məsələsini bu ölkəyə həvalə edin

İyun 16, 2026
Dünya

Tramp Hörmüz boğazının açılacağı tarixi elan etdi

İyun 16, 2026

XƏBƏR LENTİ

Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir

17 İyun, 26 / 18:57

Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik

17 İyun, 26 / 18:42

Azərbaycanda bu sahədə xarici hüquq tətbiq ediləcək

17 İyun, 26 / 18:28

Azərbaycanda bəzi mütəxəssislər 20 il gəlir vergisindən azad ediləcəklər

17 İyun, 26 / 18:14

Qadınların pensiya yaşı ilə bağlı son xəbər: İyulun 1-dən etibarən …

17 İyun, 26 / 17:59

Vergi güzəştləri ilə bağlı YENİLİK

17 İyun, 26 / 17:45

“Qara şüşə” ilə bağlı sürücülərə ekspertdən VACİB açıqlama

17 İyun, 26 / 17:31

İnnovativ və elmi-tədqiqat xərclərinin 250 faizi vergidən çıxılacaq

17 İyun, 26 / 17:16

Astana tibbi turizm təmsilçiləri Bakıda “Road-show” adlı tədbir keçirib - FOTOLAR

17 İyun, 26 / 17:05

Ələt Azad İqtisadi Zonasında istehsal olunan məhsullar gömrük rüsumundan azad ediləcək

17 İyun, 26 / 17:02
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.