• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
31.1° Weather Columbus
$
1.7
€
1.9394
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

“53 min manat pul və Rusiya vətəndaşlığı” – Azərbaycanlılar yağlı vədlərlə müharibəyə cəlb olunur

01 İyul, 26 / 17:43
A A

“Azərbaycanda Rusiya-Ukrayna müharibəsində muzdlu iştirakçılığa dair təbliğat-təşviqat aparırsa, bu barədə hüquq-mühafizə orqanları mütləq tədbir görməlidir. Qanunvericiliyə görə, Azərbaycan vətəndaşının başqa ölkələrin silahlı birləşmələrində döyüşməsi qadağandır”.

Referans Media  xəbər verir ki, bu sözləri “Yeni Sabah”a hərbi bloqçu Tofiq Şahmuradov deyib.

O, Rusiya tərəfinin azərbaycanlıları müxtəlif vədlərlə Ukrayna müharibəsində iştiraka cəlb etdiyini təsdiqləyib:

“Rusiya-Ukrayna müharibəsi ilə bağlı ayrı-ayrı vaxtlarda Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin bəyantları olub. Həmin müharibədə iştirak edib daha sonra Azərbaycana qayıdan bir neçə şəxs həbs olunub.

Ruslar əvvəllər bu məsələdə boşluqdan istifadə edirdi. Onlar Rusiyada yaşayan azərbaycanlılara Ukrayna ilə aparılan müharibədə iştiraka görə müəyyən miqdarda pul və Rusiya vətəndaşlığı təklif edirdilər. Amma Azərbaycan qanunvericiliyində belə bir tələb var: Rusiya vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşı 30 gün ərzində Dövlət Miqrasiya Xidmətinə bununla bağlı məlumat verməlidir. Əgər məlumat vermirsə, bu həmin şəxsi məsuliyyətdən yayındırmır. Yəni heç kim deyə bilməz ki, mən Rusiya vətəndaşı kimi döyüşmüşəm”.

T.Şahmuradov əlavə edib ki, müharibənin əvvəlindən bəri təxminən 700 nəfərdən çox etnik azərbaycanlı Rusiya-Ukryana müharibəsində hər iki səngərdə döyüşməklə həlak olub:

“Ümumiyyətlə müharibədə iştirak müqabilində edilən təkliflərin hamısı aldadıcıdır. Ruslar müqavilə bağlayan muzdlu döyüşçülərə vətəndaşlığı dərhal vermir. Bu proses müəyyən müddət çəkir.

Rusiya-Ukrayna müharibəsi bizə aid olmayan münaqişədir. Azərbaycan vətəndaşlarının bu müharibəyə qoşulması yolverilməzdir. Müharibənin əvvəlində azərbaycanlılar Rusiya hüquq-mühafizə orqanlarının təhdidi ilə üzləşirdi və hər hansı ciddi olmayan nöqsana görə həbs olunurdu. Daha sonra həbsdən azad olunmaları müqabilində onlarla müharibədə iştirak etməyə dair məcburi müqavilə bağlayırdılar. Nəyin bahasına olur-olsun, azərbaycanlılar belə təklifləri qəbul etməməlidir. Qoy deportasiya etsinlər, deportasiya edilmə ölməkdən daha pisdir?!

Ukrayna, bir növ, “ət maşını”na çevrilib və insanlar kütləvi şəkildə qırdırılır. Rusiya ordusu bu ilin yanvarından bəri təxminən 180 min hərbçisini itirib. Ona görə də, belə təhdidləri qəbul etmək olmaz. Müharibənin əvvəlindən bəri təxminən 700 nəfərdən çox etnik azərbaycanlı Rusiya-Ukryana müharibəsində həlak olub. Onların bir hissəsi Azərbaycan, yaxud Rusiya vətəndaşı olan azərbaycanlılardır”.

Xatırlatma: sosial şəbəkələrdə bəzi istifadəçilər və səhifələr Rusiya-Ukrayna müharibəsində iştirakla bağlı təbliğat motivli elanlar paylaşılır. Belə elanlarda yüksək məbləğdə pul, o cümlədən 53 min manat birdəfəlik ödəniş və 6 min manat aylıq haqq, üstəlik Rusiya vətəndaşlığı müqabilində muzdlu döyüşçü kimi döyüşlərə qatılmaq təklif edilir.

Bənzər Xəbərlər

Dünya

Ermənistan bankları rublla əməliyyatları dayandırdı

İyul 1, 2026
Dünya

Hücum, PUA və qarşılıqlı ittihamlar: Əfqanıstan–Pakistan xəttində nə baş verir?

İyul 1, 2026
Dünya

Tehranın mesajı gündəm oldu: regionda növbəti mərhələ?

İyul 1, 2026
Dünya

Hakan Fidandan Aİ-yə mesaj: Sizdən də bunu gözləyirik

İyul 1, 2026
Dünya

Bölgəyə hava hücumundan müdafiə sistemləri gətirildi – Türkiyə ətrafında nə baş verir?

İyul 1, 2026
Dünya

Putin Paşinyana “böyük zərbə”yə hazırlaşır – İrəvanı qorxuya salan qonaq

İyul 1, 2026

XƏBƏR LENTİ

Ermənistan bankları rublla əməliyyatları dayandırdı

01 İyul, 26 / 20:09

Azərbaycan çempionatında ən çox ofsayda düşən futbolçu odur

01 İyul, 26 / 19:55

Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız

01 İyul, 26 / 19:40

VƏTƏNDAŞLARA VACİB XƏBƏR - İyulun 6-dan dəyişir...

01 İyul, 26 / 19:24

ŞOK təhlükə: Azərbaycanda durmadan artır - Qarşısı alınmasa...

01 İyul, 26 / 19:10

Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?

 

01 İyul, 26 / 18:54

Bakı İrəvanla MƏXFİ sistem qurur - MÜHÜM layihə

01 İyul, 26 / 18:38

1 milyon dövriyyəsi olan qumarbaz dəstə tutuldu – KİBERPOLİS ƏMƏLİYYATI

01 İyul, 26 / 18:24

İranın neft qərarı dünyanı heyrətə gətirdi: Ən güclü müştərisini itirə bilər – ŞOK rəqəmlər

01 İyul, 26 / 18:11

Hücum, PUA və qarşılıqlı ittihamlar: Əfqanıstan–Pakistan xəttində nə baş verir?

01 İyul, 26 / 17:57
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.