• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
28° Weather Columbus
$
1.7
€
1.9436
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Paşinyana Tehranda Zəngəzur XƏBƏRDARLIĞI – Kritik dönəm

 

06 İyul, 26 / 19:47
A A

İranda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkənin prezidenti Məsud Pezeşkianla görüşüb və onunla regional məsələləri müzakirə edib. Pezeşkian söhbət zamanı ona bildirib ki, İran-Ermənistan münasibətləri xarici təsirlərdən asılı olmamalıdır. “Regiondan kənar aktorların müdaxiləsi regional problemlərin həllinə kömək etmir, əksinə, yeni çətinliklər və qeyri-sabitlik yaradır. Beynəlxalq sərhədlərə və dövlətlərin ərazi bütövlüyünə hörmət İranın xarici siyasətinin dəyişməz prinsiplərindəndir”, – Pezeşkian vurğulayıb.

İran prezidenti “xarici təsirlər” dedikdə nəyə işarə edir? Kənar aktorlar qismində yəqin ki, Avropa Birliyi və ABŞ nəzərdə tutulur. Bəs İrəvanın Qərblə yaxınlaşmasında Tehranı ən çox narahat edən nədir? Xüsusən sərhədlər məsələsinə diqqət yönəldilməsini Zəngəzur dəhlizi (TRIPP marşrutu) ilə əlaqələndirmək olarmı?

Professor Qabil Hüseynliyə görə, İran ABŞ-nin bölgəyə yerləşməsindən narahatdır. Onun fikrincə, Pezeşkian Paşinyana da bunu demək istəyib: “ABŞ indi ən aktiv hərəkətləri Ermənistan ərazisində edir. Bir tərəfdən, hərbi təlimlər keçirilir, bir yandan “Tramp marşrutu” layihəsi var ki, amerikalıların İranla sərhədə yerləşməsi nəzərdə tutulur. Bu narahatlıq da ondan irəli gəlir ki, ABŞ kəşfiyyatı daha fəal ola bilər. Amma İranın bu reaksiyaları planları dəyişmir. Ermənistan həm ABŞ, həm Avropa İttifaqı ilə yaxınlaşmanı sürətləndirir”.

Mütəxəssis hesab edir ki, İranın əsas narahatlığı Zəngəzur dəhlizidir: “Tehrana görə, regiona kənar güclərin gətirilməsi yolverilməzdir. Lakin 3+3 formatı da gerçəkləşmədi. Ona görə Qərb öz təsirlərini getdikcə artırır. Bizim üçün Naxçıvana quru yolun açılması vacibdir. Ermənistan bu öhdəliyi yerinə yetirəcək. Azərbaycan yola kimin nəzarət etməsini özü üçün prioritet saymır. Qoy bundan Rusiya və İran narahat olsun. Ona görə belə xəbərdarlıqlar səslənir. Paşinyan isə Trampla sənəd imzalayıb və bölgəyə ABŞ şirkəti gələcək. İran vaxtaşırı xəbərdar edir ki, bu mövcudluğun əleyhinədir. Amma SEPAH rejimi bu qlobal logistikaya əngəl olmağa çalışsa, ciddi zərbə ala bilər. Bu dəfə Avropa Birliyi ölkələri də onu bağışlamayacaq. Çünki söhbət Orta dəhlizin bir hissəsindən və ona mane olmaqdan gedir”.

Bu arada, İran və Ermənistan arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə keçəcəyi bildirilir. İran parlamentinin deputatı Ara Şahverdiyan Tehranda erməni jurnalistlərlə görüşündə bildirib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsini illik 3 milyard dollara çatdırmaq üçün ciddi potensial mövcuddur. Onun sözlərinə görə, ötən il İran Prezidenti Məsud Pezeşkianın İrəvana səfəri zamanı tərəflər arasında mühüm razılaşmalar əldə olunub. Daha sonra bu razılaşmalar İran İslam Respublikasının vitse-prezidenti Purməhəmmədinin Ermənistana son səfəri zamanı da təsdiqlənərək əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addımlar atılıb.

Həmçinin İran diplomatik kanallar vasitəsilə Ermənistana “Tramp marşrutu” ilə bağlı xəbərdarlıq edib. Erməni mediası məlumat yayıb. Məlumata görə, Tehran İrəvana bildirib ki, dünən imzalanmış memorandum çərçivəsində ABŞ administrasiyasından İran sərhədi yaxınlığında Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan “Tramp marşrutu”nun həyata keçirilməsi detalları ilə bağlı aydınlıq əldə etməyə çalışacaq. Erməni KİV-in iddiasına əsasən, İran təhlükəsizliyinə tam əmin olmayana qədər TRIPP layihəsinə razılıq vermək niyyətində deyil./Musavat.com

Bənzər Xəbərlər

Gündəm

Tehranda qırmızı “qisas bayrağı” yenidən qaldırıldı

İyul 6, 2026
Gündəm

“Bakını vurardıq” bəyanatına Bakıdan cavab: “İranda yaxşı bilirlər ki…”

 

İyun 28, 2026
Gündəm

Kral Bukinqem sarayını tərk edir

İyun 27, 2026
Gündəm

Milyarderlərin də pul verib gedə bilməyəcəyi SİRLİ YERLƏR

İyun 21, 2026
Gündəm

Tarixin ən ölümcül epidemiyası başlaya bilər - XƏBƏRDARLIQ

İyun 18, 2026
Gündəm

Bakının mərkəzində yolda çökmə: İri çuxur yarandı – FOTO

İyun 10, 2026

XƏBƏR LENTİ

Ermənistan müxalifəti geri çəkildi: Hamısı mandatı qəbul etdi

06 İyul, 26 / 22:08

Xocalıda təsərrüfatla məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

06 İyul, 26 / 21:53

Netanyahu liderlərlə gizli danışıqları ifşa etdi: “Mənə deyirlər ki…”

06 İyul, 26 / 21:36

Meyvələr niyə bahadır? - Ekspertdən AÇIQLAMA

06 İyul, 26 / 21:19

Rusiyanın bu qərarı Azərbaycanda da tətbiq olunacaq? - VACİB AÇIQLAMA

06 İyul, 26 / 21:03

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərin DİQQƏTİNƏ!

06 İyul, 26 / 20:46

“Arzum” yenidən hakim qarşısına çıxarılacaq

06 İyul, 26 / 20:30

Bakıda sevindirən yenilik: Mərkəzdə pulsuz avtobuslar fəaliyyətə başladı

06 İyul, 26 / 20:16

Tramp İrana görə dördüncü dəfə şoka düşdü – DETALLAR

06 İyul, 26 / 20:00

Paşinyana Tehranda Zəngəzur XƏBƏRDARLIĞI – Kritik dönəm

 

06 İyul, 26 / 19:47
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.