Müxalifət bloku olan “Ermənistan”, “Güclü Ermənistan” kimi, parlament mandatlarını qəbul etmək qərarına gəlib.
Çağdaş.Az Referans Media-ya istinadla xəbər verir ki, blok mandatları hakimiyyətə qarşı çıxmaq üçün əlavə bir vasitə adlandırıb.
Blokun bəyanatında deyilir: “Qarşıdan gələn çətin mübarizədə hakimiyyətin dövlət əleyhinə gündəliyinə qarşı mübarizə aparmaq üçün bütün vasitələrdən istifadə etməyə borcluyuq.
Mandat bir silahdır və könüllü olaraq ondan imtina etmək ölkəmizə və seçicilərimizə qarşı məsuliyyətsizlik olardı”.
















