Tehranda Ayətullah Əli Xameneinin dəfn mərasimi zamanı Mosalla günbəzinin üzərində qırmızı qisas bayrağı qaldırılıb.
Çağdaş.Az xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi məlumat yayıb.
“Mərasim zamanı İmam Xomeyni ziyarətgahının günbəzinin üzərində üzərində “Ey Hüseynin intiqamçıları!” yazısı olan qırmızı bayraq qaldırılıb”, – məlumatda bildirilir.
Şiə simvolizmində qırmızı bayraq qisas çağırışını ifadə edir. Bayraq sonuncu dəfə 1 martda ABŞ və İsrailin raket zərbəsi nəticəsində Xameneinin ölüm xəbərindən sonra qaldırılmışdı./Referans Media/















