• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
29.8° Weather Columbus
$
1.7
€
1.9442
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Bank kreditlərinə alternativ gəlir – Yeni qanun minlərlə gəncə yol aça bilər

07 İyul, 26 / 21:54
A A

“Kraudfandinq haqqında” qanun layihəsi sadəcə növbəti hüquqi sənəd deyil. Əgər bu sahə bürokratik əngəllərə, inzibati süründürməçiliyə və bazarda müəyyən təcrübəsi olanların yaratdığı inhisarçılığa qurban verilməzsə, bu qanun ölkəmizin rəqəmsal iqtisadiyyat ekosistemində, xüsusilə startapların və kiçik sahibkarlığın maliyyələşdirilməsində inqilabi dönüşün hüquqi təməlini qoyacaq.

Çağdaş.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

“Hamımıza məlumdur ki, yaxşı ideyası olan gənclərimiz və startaplarımız bankdan kredit almaq istəyəndə ağır girov tələbləri və yüksək faizlərlə üzləşirlər. Bu qanun isə onlara rəqəmsal platformalar vasitəsilə birbaşa insanlardan və investorlardan vəsait toplamaq, öz ideyalarını həyata keçirmək üçün alternativ maliyyə imkanı yaradır.

Bu qanunun qəbulu ilə kapital bazarlarına çıxış daha əlçatan olacaq. Ümid edirəm ki, bu sahəyə həqiqətən də sərbəstlik veriləcək, əlavə maneələr yaradılmayacaq və sağlam rəqabət təmin olunacaq. Belə olan halda, artıq təkcə böyük şirkətlər və imkanlı investorlar deyil, cibində cəmi 100 manatı olan vətəndaş da perspektivli bir startapa yatırım edə, onun inkişafında pay sahibi ola biləcək. Bu, həm insanların yığımlarının iqtisadiyyata cəlb olunmasına, həm də yeni ideyaların daha sürətlə reallaşmasına ciddi töhfə verəcək.

Bunun üçün elə bu gündən hamımız qolumuzu çırmalayıb maarifləndirmə işlərinə başlamalıyıq. Çünki cəmiyyətimizin bu sahədə bilik və məlumat səviyyəsi hələ də çox aşağıdır. İnsanlar həm imkanları, həm də riskləri düzgün başa düşməlidirlər ki, düzgün qərarlar verə bilsinlər”, – deyə o bildirib.

Deputat layihənin müsbət cəhətlərindən də danışıb:

“Layihədə həm pay müqabilində, həm də borc şəklində vəsait toplamaq imkanı nəzərdə tutulur. Eyni zamanda, investorların vəsaitinin qorunması, məlumatların açıq şəkildə təqdim edilməsi və mümkün risklər barədə əvvəlcədən xəbərdarlıq edilməsi kimi vacib qaydalar da qanunda öz əksini tapıb.

Amma bir narahatlığı da deməliyik: bu qanun həddindən artıq bürokratik tətbiq olunsa, məqsədinə çatmayacaq. Əgər platforma yaratmaq üçün aylarla icazə gözləmək, çoxsaylı sənəd toplamaq, hər xırda dəyişiklik üçün ağır prosedur keçmək lazım olacaqsa, bu sahə inkişaf etməyəcək. Kraudfandinqin ruhu çeviklikdir. Startapın vaxtı yoxdur; ideya bu gün aktualdırsa, maliyyə də bu gün tapılmalıdır.

Ən azı bu sahədə fəaliyyətə başlamaq istəyənlər üçün qeydiyyat prosesi mümkün qədər sadə olmalıdır. İlkin mərhələdə müəyyən səhvlərin olması qaçılmazdır, çünki bu sahədə təcrübəmiz hələ yoxdur. Ona görə də bazara giriş üçün imkan yaradılmalı, sonrakı mərhələdə isə təbii seçilmə prosesi getməlidir. Eyni zamanda, Mərkəzi Bank tərəfindən ciddi nəzarət həyata keçirilməlidir ki, dələduzlar və maliyyə fırıldaqçıları insanların maliyyə savadsızlığından istifadə edərək onları aldatmasın.

Ona görə də təklif edirəm ki, qanunun icrasında üç əsas prinsip rəhbər tutulsun: sadə qeydiyyat, şəffaf nəzarət və investorların maarifləndirilməsi. İnsan bilməlidir ki, kraudfandinq bank əmanəti deyil, burada risk də var, yüksək gəlir əldə etmək imkanı da”./Globalinfo.az

Bənzər Xəbərlər

İqtisadiyyat

Dünyada yayılmışdı, Azərbaycanda da oldu: Minlərlə insanı sevindirəcək QANUN

İyul 7, 2026
İqtisadiyyat

Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq

İyul 7, 2026
Cəmiyyət

Milli Məclis sürücülərlə bağlı qərar qəbul etdi

İyul 7, 2026
Cəmiyyət

Pensiya almaq çətinləşəcək? - Azərbaycana dair MÜHÜM PROQNOZ

 

İyul 7, 2026
İqtisadiyyat

Milli Məclis mühüm qərar qəbul etdi: 6 ay sonra qüvvəyə minir

İyul 7, 2026
İqtisadiyyat

Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir

İyul 7, 2026

XƏBƏR LENTİ

NexBirlik ifşa edildi: "Sosial e-ticarət" vədi ilə qurulan yeni maliyyə piramidası - ŞOK FAKTLAR

07 İyul, 26 / 23:55

Beyni 13 il “cavanlaşdıran” vərdiş məlum oldu

07 İyul, 26 / 23:36

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

07 İyul, 26 / 23:20

Rusiyada azərbaycanlı miqrantlar üçün YENİ DÖVR

 

07 İyul, 26 / 23:02

Avropa ruslara viza verməkdən imtina etdi

07 İyul, 26 / 22:47

Paşinyan vaxt qazanmağa çalışır - ŞOK İDDİA

07 İyul, 26 / 22:30

Ukraynadan Polşaya xəbərdarlıq: "Heç kim bizimlə ultimatumla danışa bilməz" – VİDEO

07 İyul, 26 / 22:12

Bank kreditlərinə alternativ gəlir – Yeni qanun minlərlə gəncə yol aça bilər

07 İyul, 26 / 21:54

Dünyada yayılmışdı, Azərbaycanda da oldu: Minlərlə insanı sevindirəcək QANUN

07 İyul, 26 / 21:38

Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq

07 İyul, 26 / 21:20
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.