• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.9° Weather Columbus
$
1.7
€
1.941
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İdman

DÇ-2026 nə ilə yadda qaldı? Rekordlar, skandallar, siyasət və əfsanəvi anlar

20 İyul, 26 / 22:33
A A

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il Dünya Çempionatı futbol tarixinə yalnız yeni formatı ilə deyil, həm də dramatik süjetləri, qalmaqalları və unudulmaz anları ilə yazıldı.

Cagdas.az xəbər veriri ki  nəhəng mundialın ən çox danışılan və yadda qalan əsas məqamlarını təqdim edir:

İllər sonra Lamin Yamal və Messi qarşı-qarşıya

2006-cı ildə Lionel Messinin xeyriyyəçilik təqvimi üçün cəmi bir neçə aylıq olan körpə Lamin Yamalı çimdirdiyi fotoşəkil turnir boyunca sosial medianın ən çox müzakirə edilən mövzusu oldu. İllər sonra Dünya Çempionatının finalında futbolun yeni ulduzuna çevrilmiş Yamal ilə canlı əfsanə Messinin rəqib kimi üz-üzə gəlməsi böyük maraq doğurdu. Finalda hər iki futbolçunun qol vura bilməməsinə baxmayaraq, gənc ulduzun millisi sevinən tərəf oldu. İspaniya Argentina üzərində qələbə qazanaraq ikinci dəfə dünya çempionu oldu.

Bir dövrün sonu: Ronaldonun “son rəqsi”

Kriştianu Ronaldo üçün bu turnir karyerasının sonuncu Dünya Çempionatı kimi tarixə düşdü. 41 yaşlı hücumçunun mundial seriyası 1/8 finalda İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra başa çatdı. O, dünya çempionatlarında ümumilikdə 30 oyun keçirib, 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qaldı. Ronaldo 6 müxtəlif Dünya Çempionatında meydana çıxan ilk futbolçu kimi adını tarixdə əbədiləşdirdi.

Turnirin parlaq simaları

Mundial həmişə olduğu kimi, yenə ulduzlar paradı ilə yadda qaldı. Lionel Messi, Kriştianu Ronaldo, Kilian Mbappe, Usman Dembele, Harri Keyn, Cud Bellinqem, Vinisius Junior, Erlinq Holann və Məhəmməd Salah kimi adlar çempionatın əsas simaları oldu. Xüsusilə çempion İspaniya millisinin gənc istedadları Lamin Yamal və Pedri nümayiş etdirdikləri oyunla futbolsevərlərə xüsusi zövq yaşatdılar.

106-cı dəqiqədə gələn sevinc

Dünya çempionatları tarixində ilk dəfə olaraq final matçının əsas vaxtında hesabı açmaq mümkün olmadı. Tərəflər qapılara yol tapa bilmədiyindən, qarşılaşmanın ilk qolu yalnız əlavə vaxtda – 106-cı dəqiqədə vuruldu.

Su fasilələri və UEFA-nın etirazı

İqlim şəraiti və kəskin bürkü nəzərə alınaraq, futbolçuların sağlamlığının qorunması məqsədilə hər hissənin ortasında rəsmi su fasilələri verildi. FİFA prezidenti Canni İnfantino bu təcrübənin gələcək turnirlərdə də tətbiq olunacağını bildirsə də, qayda ciddi mübahisələrə yol açdı. Tənqidçilər bunu “reklam fasiləsi” adlandırdılar. UEFA isə bu addımı dəstəkləmədiyini, Çempionlar Liqası və AVRO-2028-də ənənəvi, kəsilməz oyun formatının saxlanılacağını açıqladı.

Tarixin ən böyük turniri və azarkeş rekordu

DÇ-2026 ilk dəfə 32 deyil, 48 milli komandanın iştirakı ilə keçirildi. Matçların sayının 64-dən 104-ə yüksəlməsi turniri futbol tarixinin ən böyük çempionatına çevirdi. Mundialı stadionlardan ümumilikdə 6 810 966 azarkeş izlədi ki, bununla da 1994-cü ildən bəri yenilənməyən rekord geridə qaldı.

Şotland azarkeşlərin Bostondakı “fəthi”

Turnirin ən viral məqamlarından biri şotland azarkeşlərin (Tartan Army) Boston küçələrindəki rəngarəng şouları oldu. Abidələrin başına yol konusları qoyan, barların içki ehtiyatını bitirən və yumor hissləri ilə yerli əhalinin sevgisini qazanan azarkeşlər hətta tarixi bir qadağaya da son qoydular. Şotland mətbəxinin rəmzi sayılan və 1970-ci illərdən bəri ABŞ-də qadağan edilən “Haggis” yeməyi məhz bu azarkeş axınından sonra Massaçusets ştatında rəsmən leqallaşdırıldı.

Viza skandalı: Somalili hakim ölkəyə buraxılmadı

Çempionatın ən böyük diplomatik qalmaqallarından biri somalili hakim Ömər Artan ilə yaşandı. Ölkəsindən Dünya Çempionatına dəvət edilən ilk hakim olan 34 yaşlı referi diplomatik pasportu və vızası olmasına baxmayaraq, Mayami hava limanında 11 saatlıq sorğu-sualdan sonra ABŞ-yə buraxmayıb geri qaytardılar. Bununla belə, FİFA məsələyə müdaxilə edə bilməyəcəyini, viza qərarının ev sahibi ölkənin səlahiyyətində olduğunu bildirdi.

Şimali Afrika möcüzəsi

Tarixində ilk dəfə mundila qatılan Kabo-Verde (Yaşıl Burun Adaları) turnirin ən sevilən komandasına çevrildi. Turnirin ən kiçik ölkələrindən olan Kabo-Verde qrupda İspaniya (0:0) və Uruqvayla (2:2) heç-heçə edərək 1/16 finala yüksəldi. Komandanın 40 yaşlı qapıçısı Vozinyanın İspaniya matçındakı möhtəşəm oyunu sosial medianı alt-üst etdi. Futbolçunun “Instagram” izləyicisi 50 mindən 27 milyona qalxdı, ölkəyə olan turistik maraq isə 5000% artdı.

Trampın müdaxiləsi ilə ləğv edilən qırmızı vərəqə

ABŞ milli komandasının hücumçusu Folarin Baloqunun Bosniya müdafiəçisinin ayağını tapdaladığı üçün aldığı qırmızı vərəqənin Donald Trampın Canni İnfantinoya zəngindən sonra ləğv edilməsi turnirin ən böyük idman skandalı kimi yadda qaldı. Tramp özünün “Truth Social” hesabında FİFA-ya ədalətli qərar üçün təşəkkür etdiyini yazmağı isə iddiaları daha da gücləndirdi.

Argentina ətrafında irqçilik və siyasi qalmaqal

Çempion titulu ilə turnirə gələn Argentina millisi bu dəfə qalmaqallarla gündəmə gəldi. Mayamidə keçirilən matçda bəzi argentinalı azarkeşlərin məşhur qaradərili bloqer “IShowSpeed”ə qarşı irqçi təhqirlər səsləndirməsi FİFA-nın intizam araşdırmasına səbəb oldu.

Həmçinin, ingilisləri 2:1 hesabı ilə üstələyən Argentina futbolçularının oyundan sonra “Falklend adaları Argentinanındır” yazılı pankart açması siyasi şüar yasağını pozduğu üçün komandanın cəzalandırılmasına gətirib çıxardı.(modern.az)

Bənzər Xəbərlər

İdman

“Real Madrid” dünya çempionatlarında tarixi rekorda imza atdı

İyul 20, 2026
İdman

“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTOLAR

İyul 20, 2026
İdman

“Qarabağ”ın ÇSKA ilə oyunlarını bu hakimlər idarə edəcək

İyul 18, 2026
İdman

Mahir Emreli bu kluba keçir

İyul 18, 2026
İdman

Qusarda "Media Kuboku - 2026" minifutbol turniri start götürüb - FOTO

İyul 18, 2026
İdman

“Qarabağ”ın biletləri bu gün satışa çıxacaq

İyul 18, 2026

XƏBƏR LENTİ

Bakıda təcili tibbi yardım üçün motosikletlər istifadəyə veriləcək – (Yenilənib)

21 İyul, 26 / 17:04

Naxçıvanda 7 min illik şəhər aşkarlandı – FOTO

21 İyul, 26 / 16:50

Azərbaycanın valyuta gəlirlərini artacaq – Bakı və Tbilisidən mühüm razılaşma

21 İyul, 26 / 16:36

Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı

21 İyul, 26 / 16:21

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

21 İyul, 26 / 16:08

Lənkəranda atları içməli su anbarında çimizdirirlər – FOTOLAR

21 İyul, 26 / 15:54

Bakıda bu ərazilərdə kirayə qiymətləri bahalaşacaq – 10-20%

21 İyul, 26 / 15:40

Qadın sürücülərə ŞAD XƏBƏR

21 İyul, 26 / 15:27

Maştağada söküntü başladı – Kompensasiya ödəniləcək

21 İyul, 26 / 15:13

“Detoks çayları” ilə bağlı ŞOK XƏBƏRDARLIQ

21 İyul, 26 / 14:59
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.