• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.941
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Detoks çayları” ilə bağlı ŞOK XƏBƏRDARLIQ

21 İyul, 26 / 14:59
A A

Son illərdə “detoks çayları” adı altında satışa çıxarılan məhsulların populyarlığı xeyli artıb. Xüsusilə arıqlamaq, orqanizmi toksinlərdən təmizləmək və sağlamlığı yaxşılaşdırmaq vədi ilə təqdim olunan bu məhsullar sosial şəbəkələrdə və reklam kampaniyalarında geniş təbliğ edilir. Lakin mütəxəssislər bildirirlər ki, bu iddiaların əksəriyyəti elmi əsaslara söykənmir və bəzi hallarda belə çayların nəzarətsiz istifadəsi sağlamlıq üçün ciddi risklər yarada bilər.

Cagdas.az bildirir ki,qida eksperti Ağa Salamov sağlam insan orqanizminin “detoks” olunması üçün xüsusi çaylara ehtiyac olmadığını deyib:

“Orqanizmin zərərli maddələrdən təmizlənməsi təbii şəkildə qaraciyər, böyrəklər, ağciyərlər və bağırsaqlar tərəfindən həyata keçirilir və bu proses üçün əlavə “möcüzəvi” məhsullara ehtiyac yaranmır. Bazarda satılan bir çox kommersiya məqsədli “detoks çayları”nın tərkibində işlədici və ya sidikqovucu təsir göstərən bitkilər – məsələn, sena kimi komponentlər olur. Bu təsir nəticəsində insan qısa müddətdə çəki itirdiyini düşünsə də, əslində itirilən yağ deyil, əsasən su və elektrolitlərdir. Buna görə də yaranan çəki azalması müvəqqəti xarakter daşıyır və orqanizmdə yağ ehtiyatlarının azalması demək deyil”.

490335481_122103357224836618_2815832116283227609_n.jpg (119 KB)

Mütəxəssisin sözlərinə görə, bu cür məhsulların uzun müddət və həkim nəzarəti olmadan istifadəsi susuzlaşma, kalium çatışmazlığı, bağırsaqların normal fəaliyyətinin pozulması, eləcə də qəbul edilən bəzi dərmanlarla təhlükəli qarşılıqlı təsirlərə səbəb ola bilər:

“Detoks adı ilə satılan məhsullar əvəzinə tərkibi məlum, təmiz və təhlükəsiz şəkildə toplanmış ənənəvi dağ otlarından hazırlanan çaylar daha məqsədəuyğun seçimdir. Məsələn, çobanyastığı, cökə, kəklikotu, nanə və itburnu kimi bitkilər antioksidantlar və digər bioloji aktiv maddələrlə zəngindir. Bu çaylar orqanizmi detoks etməsə də, normal maye qəbulunu dəstəkləyir, həzm prosesinə kömək edə bilər və ümumi sağlam qidalanmanın bir hissəsi kimi faydalıdır”.

Ağa Salamov vurğulayıb ki, sağlam həyatın əsasını müxtəlif reklamlarla təqdim olunan “möcüzəvi detoks məhsulları” deyil, balanslı qidalanma, kifayət qədər su qəbulu, müntəzəm fiziki aktivlik və keyfiyyətli yuxu təşkil edir. Onun fikrincə, sağlamlığın qorunması üçün ən etibarlı yol məhz elmi cəhətdən sübut olunmuş sağlam həyat tərzidir, qısa müddətli nəticə vəd edən məhsullar isə ehtiyatla qiymətləndirilməlidir./Musavat.com /

Bənzər Xəbərlər

Cəmiyyət

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi BAŞLAYIR

İyul 21, 2026
Cəmiyyət

İctimai nəqliyyatın bitməyən kondisioner problemi

İyul 21, 2026
Cəmiyyət

Azərbaycanda taxıl sahələrinin 86 %-də biçin yekunlaşıb

İyul 21, 2026
Cəmiyyət

Ümrəyə getmək istəyənlərin DİQQƏTİNƏ! Qaydalar dəyişdi

İyul 21, 2026
Cəmiyyət

Yeni Qanun qüvvəyə mindi: Azərbaycanda bu qadağan olundu

İyul 21, 2026
Cəmiyyət

Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? — Hüquqşünas DETALLARI AÇIQLADI

İyul 21, 2026

XƏBƏR LENTİ

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi BAŞLAYIR

21 İyul, 26 / 19:20

İctimai nəqliyyatın bitməyən kondisioner problemi

21 İyul, 26 / 19:07

Azərbaycanda taxıl sahələrinin 86 %-də biçin yekunlaşıb

21 İyul, 26 / 18:53

Ümrəyə getmək istəyənlərin DİQQƏTİNƏ! Qaydalar dəyişdi

21 İyul, 26 / 18:38

Yeni Qanun qüvvəyə mindi: Azərbaycanda bu qadağan olundu

21 İyul, 26 / 18:25

Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? — Hüquqşünas DETALLARI AÇIQLADI

21 İyul, 26 / 18:12

MİDA adı ilə 240 min manatlıq dələduzluq edənlərə hökm oxundu

21 İyul, 26 / 17:58

Bu universitetdə 6 kafedra ləğv olundu, 14 yeni müdir təyin edildi

21 İyul, 26 / 17:45

İlham Əliyev: “Bu gün imzalanmış sənədlər əlaqələrimizi yeni səviyyəyə qaldıracaq”

21 İyul, 26 / 17:31

Almaniya Azərbaycandan qaz almaq istəyir

21 İyul, 26 / 17:18
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.