Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

8 min manatlıq ixtisas – Azərbaycanda ən bahalı UNİVERSİTETLƏR

Cəmiyyət

Azərbaycanda ali təhsil almaq istəyən abituriyentlər üçün universitet seçimi zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsil haqqıdır.

Xüsusilə özəl universitetlərdə və bəzi prestijli dövlət ali məktəblərində illik ödənişlər minlərlə manat təşkil edir.

Bəs ölkənin ən bahalı universitetləri hansılardır?

Cagdas.az mövzu ilə bağlı araşdırma aparıb.

Araşdırmaya əsasən, Azərbaycanda illik təhsil haqqının ən yüksək olduğu ali təhsil müəssisəsi ADA Universitetidir. Burada bakalavriat proqramları üzrə təhsil haqqı ixtisasdan asılı olaraq 6 000-8 000 manat arasında dəyişir. Xüsusilə hüquq, beynəlxalq münasibətlər, iqtisadiyyat və biznesin idarə edilməsi ixtisasları ən yüksək ödəniş tələb edən proqramlar sırasındadır.

Siyahıda ikinci yerdə Azərbaycan Tibb Universiteti qərarlaşır. Universitetdə “Müalicə işi”, “Stomatologiya” və digər bəzi ixtisaslar üzrə illik təhsil haqqı 5 000-6 500 manat təşkil edir.

Ölkənin aparıcı özəl ali təhsil müəssisələrindən olan Xəzər Universitetində isə təhsil haqları əsasən 4 000-5 000 manat arasında dəyişir.

Bakı Ali Neft Məktəbində “Biznesin idarə edilməsi” və “Maliyyə” ixtisaslarında illik təhsil haqqı 4 500 manat müəyyən edilib.

Azərbaycanın ən nüfuzlu ali məktəblərindən olan Bakı Dövlət Universitetində də yüksək ödənişli ixtisaslar var. Belə ki, “Hüquqşünaslıq” ixtisası üzrə illik təhsil haqqı 4 500 manat, digər ixtisaslarda isə əsasən 1 900-3 200 manat arasında dəyişir.

Bundan başqa, Qərbi Kaspi Universitetində bəzi ixtisaslar üzrə illik ödəniş 4 000 manata, Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında isə bəzi ixtisaslarda 4 000 manata çatır.

Təhsil mütəxəssislərinin fikrincə, ali məktəblərdə təhsil haqlarına universitetin maddi-texniki bazası, beynəlxalq əməkdaşlıqları, müəllim heyəti, ixtisasın spesifikası və əmək bazarında həmin sahəyə olan tələbat təsir göstərir.

Son illər universitetlərdə təhsil haqlarının artması isə cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən biridir.

Qeyd edək ki, göstərilən məbləğlər ixtisas və təhsil proqramından asılı olaraq dəyişə bilər. Abituriyentlər ixtisas seçimi etməzdən əvvəl universitetlərin rəsmi təhsil haqqı cədvəlləri ilə tanış olmalıdırlar.(sfera.az)