Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

MİDA adı ilə 240 min manatlıq dələduzluq edənlərə hökm oxundu

Cəmiyyət

MİDA-dan güzəştli şərtlərlə mənzil almaq vədi ilə vətəndaşları aldadaraq 240 min manatdan çox vəsaiti mənimsəməkdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Cagdas.az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Anar Həziyev, Rasim Əliyev və Şəmsiyyə İsmayılova hər biri 6 il, Ruslan Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxslər vətəndaşlara MİDA vasitəsilə güzəştli şərtlərlə mənzil əldə etdirəcəkləri barədə yalan vədlər verərək onlardan külli miqdarda pul alıb və mənimsəyiblər.

Onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə zərərçəkənlərə dəymiş ümumi maddi ziyanın 240 min manatdan artıq olduğu bildirilir.