• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
28.4° Weather Columbus
$
1.7
€
1.941
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ümrəyə getmək istəyənlərin DİQQƏTİNƏ! Qaydalar dəyişdi

21 İyul, 26 / 18:38
A A

Səudiyyə Ərəbistanı Ümrə zəvvarlarına krallığa dəfələrlə səfər etməyə imkan verən yeni illik çoxgirişli viza tətbiq edib.

Cagdas.az “Euronews”-a istinadən xəbər verir ki, yeni viza verildiyi tarixdən etibarən 365 gün müddətində etibarlıdır və zəvvarlara Ümrə üçün müqəddəs şəhərləri dəfələrlə ziyarət etməyə, ümumi qalma müddəti 90 gündən çox olmamağa imkan verir.

Ümrə ziyarəti ilə bağlı şərtlər müzakirə edilir –

Zəvvarlar yeni vizadan yalnız hər səfər üçün Nusuk Ümrə platforması vasitəsilə akkreditə olunmuş operatordan Ümrə paketi aldıqları təqdirdə istifadə edə biləcəklər. Krallıq platformanı zəvvarlara viza emalı, yaşayış yeri, nəqliyyat və aviabilet sifarişləri təklif edən rəqəmsal “bir pəncərəli mərkəz” kimi təqdim edir.

Paketin müddəti də vizada qalan günlərin sayından çox olmamalıdır və səyahətçilər Səudiyyə Ərəbistanına gəlməzdən əvvəl Nusuk vasitəsilə Ümrə icazəsi almalıdırlar.
Həcc ziyarətini başa vurub ölkəni tərk etdikdən sonra viza deaktiv edilir. Müəyyən edilmiş tənzimləyici tələblərə cavab verdikdən sonra növbəti səfərdə yenidən aktivləşdirilə bilər. Viza həmçinin illik Həcc mövsümündə də aktiv deyil.

Qeyd edilib ki, 2026-cı ilin əvvəlindən Səudiyyə Ərəbistanı Ümrə vizası ilə 931.500 zəvvar qəbul edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 22,5% artım deməkdir. Məlumata görə, ən çox xarici zəvvar Pakistan, İndoneziya və İraqdan gəlir.

Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli Musavat.com-a qeyd edib ki, Səudiyyə Ərəbistanının Ümrə zəvvarları üçün bir il müddətinə etibarlı çoxgirişli viza tətbiq etməsi, təkcə viza prosedurlarında edilən texniki dəyişiklik deyil. Onun sözlərinə görə, bu qərar həm dini ibadətin daha rahat təşkilinə, həm də ölkənin iqtisadi maraqlarına xidmət edən fərqli addım kimi qiymətləndirilə bilər:

“İndiyədək bir çox müsəlman Ümrə ziyarətini konkret tarixlərə uyğun planlaşdırmaq məcburiyyətində qalırdı. Yeni sistem isə eyni viza ilə il ərzində bir neçə dəfə Səudiyyə Ərəbistanına səfər etməyə imkan verir. Bu, xüsusilə müxtəlif mövsümlərdə Ümrə ziyarətində olmaq, ailə üzvləri ilə ayrı-ayrı vaxtlarda ziyarətə getmək və dini proqramları daha çevik şəkildə planlaşdırmaq istəyən zəvvarlar üçün mühüm üstünlük yaradır. Dini baxımdan bu yenilik ibadətin daha rahat həyata keçirilməsinə şərait yarada bilər. Zəvvarlar artıq viza almaq üçün hər səfərdən öncə eyni prosedurları təkrarlamaq məcburiyyətində qalmayacaq, səfərlərini öz maliyyə imkanlarına və şəxsi vəziyyətlərinə uyğun planlaşdıra biləcəklər. Bu isə Ümrə ziyarətinin yalnız müəyyən tarixlərə sıxışdırılmasının qarşısını qismən alaraq il ərzində zəvvar axınının daha balanslı bölüşdürülməsinə yardım edə bilər”.

Tanınmış jurnalist Rəsul Mirhəşimli "Azərbaycan milli mətbuatının 150  illiyi" yubiley medalı ilə təltif olunub. Bu gün , həmyerlimiz, araşdırmaçı  jurnalist, Qarabağ müharibəsi veteranı Rəsul Mirhəşimli Azərbaycan  Respublikasının Prezidenti İlham ...

R.Mirhəşimlinin fikrincə, qərarın arxasında yalnız dini və humanitar motivlərin dayandığını söyləmək tam mənzərəni əks etdirməz: “Son illərdə Səudiyyə Ərəbistanı iqtisadiyyatını neft gəlirlərindən asılılıqdan çıxarmaq üçün turizm, xidmət sektoru və dini ziyarətlərdən əldə olunan gəlirləri artırmağa xüsusi önəm verir. Ümrə və Həcc ziyarətləri milyonlarla insanı ölkəyə cəlb edən ən böyük iqtisadi istiqamətlərdən biridir. Zəvvarların hotellərdə qalması, nəqliyyatdan istifadə etməsi, alış-veriş etməsi və müxtəlif xidmətlərdən yararlanması ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirir. Bu qərarın qəbul edildiyi geosiyasi şərait də diqqətdən kənarda qalmamalıdır. Yaxın Şərqdə son gərginliklər fonunda İranın Səudiyyə Ərəbistanı istiqamətində həyata keçirdiyi raket hücumları və regional təhlükəsizlik riskləri ölkənin iqtisadi mühitinə də mənfi təsir göstərib. Belə hadisələr investorların qərarlarına, turizm sektoruna və ümumi biznes aktivliyinə təsirsiz ötüşmür. Təhlükəsizliklə bağlı narahatlıqların artması müəyyən maliyyə itkilərinə və əlavə müdafiə xərclərinə səbəb olur. Məhz belə bir dövrdə çoxgirişli Ümrə vizasının tətbiqi Səudiyyə Ərəbistanının iqtisadi maraqları ilə uzlaşan addım kimi görünür. Səudiyyə Ərəbistanı daha çox zəvvar qəbul etməklə dini turizmdən əldə etdiyi gəlirləri artırmağa, hotellərin daha çox müştəri qazanmaq səviyyəsini yüksəltməyə, ticarət və xidmət sektorunu canlandırmağa çalışır. Bu baxımdan, yeni viza rejimi təkcə ibadəti asanlaşdıran qərar deyil, həm də ölkəyə dəymiş iqtisadi ziyanın müəyyən hissəsini kompensasiya etməyə yönəlmiş biznes strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər”.

R.Mirhəşimli bildirib ki, Səudiyyə Ərəbistanı son illərdə beynəlxalq tədbirlərə ev sahibliyi edir, turizm layihələrinə milyardlarla dollar sərmayə yatırır və iqtisadiyyatını şaxələndirməyə çalışır: “Belə bir strategiyada dini turizm xüsusi yer tutur. Ümrə ziyarətçilərinin sayının artması yalnız Məkkə və Mədinəyə deyil, ümumilikdə nəqliyyat, iaşə, pərakəndə satış və digər xidmət sahələrinə əlavə gəlir gətirir. Çoxgirişli Ümrə vizası həm zəvvarların dini vəzifələrini daha rahat yerinə yetirməsinə imkan yaradan humanitar qərar, həm də Səudiyyə Ərəbistanının iqtisadi maraqlarına xidmət edən praqmatik addım kimi dəyərləndirilə bilər”.

Bənzər Xəbərlər

Cəmiyyət

145 milyon işıq ili uzaqlığındakı kəşf: sürətlə böyüyür

İyul 21, 2026
Cəmiyyət

“COVID-19 vaxtında da xəstələrin əksəriyyətində D vitamini çatışmazlığı var idi”

İyul 21, 2026
Cəmiyyət

8 min manatlıq ixtisas – Azərbaycanda ən bahalı UNİVERSİTETLƏR

İyul 21, 2026
Cəmiyyət

Ermənistan güləşçiləri Azərbaycana gəlir

İyul 21, 2026
Cəmiyyət

Valideynlər bunu mütləq etməlidir: Əks halda CƏRİMƏ OLUNACAQLAR

İyul 21, 2026
Cəmiyyət

Küveytdə İranın hücumları nəticəsində enerji və su təmizləyici obyektlərdə yanğın baş verib

İyul 21, 2026

XƏBƏR LENTİ

145 milyon işıq ili uzaqlığındakı kəşf: sürətlə böyüyür

21 İyul, 26 / 23:43

10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız

21 İyul, 26 / 23:30

“COVID-19 vaxtında da xəstələrin əksəriyyətində D vitamini çatışmazlığı var idi”

21 İyul, 26 / 23:16

8 min manatlıq ixtisas – Azərbaycanda ən bahalı UNİVERSİTETLƏR

21 İyul, 26 / 22:21

Ermənistan güləşçiləri Azərbaycana gəlir

21 İyul, 26 / 22:07

Valideynlər bunu mütləq etməlidir: Əks halda CƏRİMƏ OLUNACAQLAR

21 İyul, 26 / 21:53

Küveytdə İranın hücumları nəticəsində enerji və su təmizləyici obyektlərdə yanğın baş verib

21 İyul, 26 / 21:38

65 yaşdan sonra işləyənlərə şad xəbər: Pensiya artacaq

21 İyul, 26 / 21:24

ƏMAS-da yeni funksionallıq yaradıldı

21 İyul, 26 / 21:10

İranın 150 metr dərinlikdəki nüvə bazası Trampın HƏDƏFİNDƏ

21 İyul, 26 / 20:56
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.