Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

ƏMAS-da yeni funksionallıq yaradıldı

Cəmiyyət
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) işəgötürənlər üçün ezamiyyə vəsiqələrinin elektron qaydada tərtibinə imkan verən yeni funksionallıq istifadəyə verilib.

Cagdas.az xəbər verir ki, ƏMAS-da yeni yaradılan “Ezamiyyə vəsiqələri” bölməsi vasitəsilə artıq işəgötürənlər əməkdaşların ezamiyyələrinin rəsmiləşdirilməsi prosesini tam elektron qaydada həyata keçirə biləcəklər.

Bu yenilik sənədləşmə prosesini sadələşdirməklə məlumatların vahid elektron mühitdə təhlükəsiz saxlanılmasını təmin edir və proseslərin daha operativ icrasına şərait yaradır.

Yeni funksionallıq, eyni zamanda, işəgötürənlərin inzibati yükünün azaldılmasına, sənəd dövriyyəsi sürətləndirilməsinə və əmək münasibətlərinin rəqəmsal idarə olunmasının daha da təkmilləşdirilməsinə xidmət edir.(ölkə.az)