Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Valideynlər bunu mütləq etməlidir: Əks halda CƏRİMƏ OLUNACAQLAR

Cəmiyyət

Azərbaycanda İnzibati Xətalar Məcəlləsinə əsasən, valideynlər və ya onları əvəz edən şəxslər övladlarının tərbiyəsi və təlimi ilə bağlı vəzifələrini yerinə yetirmədikdə inzibati məsuliyyət daşıyırlar.

Hazırda qüvvədə olan qanunvericilikdə bu hallara görə xəbərdarlıq və cərimələr nəzərdə tutulub.

Məcəlləyə əsasən, valideynlərin və ya onları əvəz edən şəxslərin üzrlü səbəb olmadan yetkinlik yaşına çatmayanların tərbiyəsi və təlimi ilə bağlı vəzifələrini yerinə yetirməməsinə və ya lazımınca yerinə yetirməməsinə görə onlara xəbərdarlıq edilir və ya 40 manatdan 60 manatadək məbləğdə cərimə tətbiq olunur.

Əgər bu məsuliyyətsizlik nəticəsində uşaq baxımsız qalarsa, həmin şəxslər üçün cərimənin məbləği artır. Bu halda qanunvericilik 60 manatdan 100 manatadək məbləğdə cərimə nəzərdə tutur.

Bundan başqa, valideynlərin və ya onları əvəz edən şəxslərin öz vəzifələrini yerinə yetirməməsi nəticəsində uşağın spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməsi, avaralıqla məşğul olması, cinayət məsuliyyəti yaşına çatmamış uşağın cinayət əlamətləri olan əməl törətməsi və ya 14 yaşından 16 yaşınadək uşağın inzibati xəta törətməsi də inzibati məsuliyyət yaradır.

Belə hallarda da valideynlər və ya onları əvəz edən şəxslər 60 manatdan 100 manatadək məbləğdə cərimə edilirlər.

Qanunvericilik bu tələblərlə yetkinlik yaşına çatmayanların hüquqlarının və təhlükəsizliyinin qorunmasını, valideyn məsuliyyətinin artırılmasını hədəfləyir./Ajans.az