• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.5° Weather Columbus
$
1.7
€
1.9394
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“COVID-19 vaxtında da xəstələrin əksəriyyətində D vitamini çatışmazlığı var idi”

21 İyul, 26 / 23:16
A A
“Pandemiya dövründə koronavirusu ağır keçirən xəstələrin əksəriyyətində D vitamini çatışmazlığı var idi”.

Cagdas.az xəbər verir ki, bunu “Yeni Sabah”a həkim-terapevt Şahvələd Məmmədov bildirib.

Onun sözlərinə görə, D vitamini orqanizm üçün olduqca vacib elementlərdən biridir:

“Əslində, D vitamini təkcə vitamin deyil, həm də hormon kimi fəaliyyət göstərir. Günəş şüalarının təsiri nəticəsində orqanizmdə sintez olunur və orqanizmdə müəyyən normativ göstəriciləri var. Bu göstəricilər normadan aşağı düşdükdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Böyüklərdə osteoporoz, osteomalasiya kimi sümük xəstəlikləri, uşaqlarda isə raxit və raxitəbənzər hallar müşahidə oluna bilər”.

Ş.Məmmədov vurğulayıb ki, məhz buna görə də uşaqlara doğulduğu gündən etibarən, adətən, 1 yaş 6 ayına qədər həkim təyinatı ilə profilaktik olaraq D vitamini verilir:

“D vitamininin əsas funksiyalarından biri bağırsaqlarda kalsium və fosforun sorulmasını təmin etməkdir. Eyni zamanda, immun sisteminin normal fəaliyyətində də mühüm rol oynayır. Pandemiya dövründə də müşahidə olundu ki, COVID-19-u ağır keçirən xəstələrin əksəriyyətində D vitamini çatışmazlığı var idi. Belə hallarda xəstələrə analiz nəticələrinə uyğun olaraq D vitamini təyin edilir, orqanizmdə yaranmış çatışmazlıq aradan qaldırılırdı. Lakin D vitamininin həddindən artıq, yəni gündəlik və ya aylıq normadan artıq qəbul edilməsi də ciddi fəsadlara səbəb ola bilər. Buna görə bu vitamin yalnız həkim məsləhəti və təyinatı ilə qəbul edilməlidir”.

Ş.Məmmədov qeyd edib ki, pandemiya dövründə immun sisteminin zəifləməsi və virusun orqanizmə təsiri nəticəsində D vitamini çatışmazlığına daha çox rast gəlinirdi:

“Buna görə də həm uşaqlarda, həm də böyüklərdə ən çox təyin olunan preparatlardan biri də D vitamini idi. Uşaqlar və böyüklər üçün D vitamininin dozası fərqlidir. Uşaqlarda 1 yaş 6 ayına qədər profilaktik məqsədlə gündəlik qəbul tövsiyə olunur. Böyüklərdə isə doza analiz nəticələrinə əsasən müəyyən edilir və gündəlik, həftəlik və ya aylıq şəkildə təyin oluna bilər. D vitamini damcı, tablet və ampul formasında mövcuddur. Hansı preparatın və hansı dozanın uyğun olacağı isə hər bir xəstəyə fərdi qaydada həkim tərəfindən müəyyən edilir”.(

 

Bənzər Xəbərlər

Cəmiyyət

50 yaşdan sonra beyin kiçilməyə başlayırmış: Səbəblər və qarşısını almağın yolları

İyul 22, 2026
Cəmiyyət

Bakı ilk 100-lüyə daxil oldu

İyul 22, 2026
Cəmiyyət

Bakıda gizli şəkildə çıxan qəzetin nüsxəsi tapıldı – İLK DƏFƏ

İyul 22, 2026
Cəmiyyət

Azərbaycanlıların rus qadınlarla evlənməsi çətinləşdi - Yeni QAYDA

İyul 22, 2026
Cəmiyyət

"Arzum 9999" ev dustaqlığına buraxıldı – Bu, nə deməkdir və onu nələr gözləyir?

İyul 22, 2026
Cəmiyyət

Xarici dil fənləri üzrə tətbiq olunacaq yeni imtahan modeli açıqlandı

İyul 22, 2026

XƏBƏR LENTİ

50 yaşdan sonra beyin kiçilməyə başlayırmış: Səbəblər və qarşısını almağın yolları

22 İyul, 26 / 23:58

Bakı ilk 100-lüyə daxil oldu

22 İyul, 26 / 23:22

Bakıda gizli şəkildə çıxan qəzetin nüsxəsi tapıldı – İLK DƏFƏ

22 İyul, 26 / 23:08

Sanksiyalara baxmayaraq Rusiya–Yaponiya ticarəti böyüyür

22 İyul, 26 / 22:50

Dron hücumları davam edir: Rusiyanın ən böyük e-ticarət platforması yenidən vuruldu

22 İyul, 26 / 22:33

Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

22 İyul, 26 / 21:51

Baş nazirdən daha bir qərar

22 İyul, 26 / 21:27

TƏCİLİ! Tarif Şurasından bu dərmanların qiyməti ilə bağlı QƏRAR

22 İyul, 26 / 20:48

Putindən yanacaq böhranına REAKSİYA: “Çətinliklər müvəqqətidir” – VİDEO

22 İyul, 26 / 20:19

Azərbaycanlıların rus qadınlarla evlənməsi çətinləşdi - Yeni QAYDA

22 İyul, 26 / 19:36
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.