Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycan-Gürcüstan arasında elektron icazə

Cəmiyyət

Azərbaycanla Gürcüstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında elektron icazə (E-Permit) sisteminin tətbiqinə başlanılıb.

Bu barədə razılıq cari ilin 8–9 aprel tarixlərində Bakıda, Azərbaycan–Gürcüstan Beynəlxalq Avtomobil Əlaqələri üzrə Qarışıq Komissiyanın iclasında əldə olunub. Razılaşmaya uyğun olaraq, hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrindən ibarət işçi qrupu 1 may tarixindən etibarən sistemin inteqrasiyası istiqamətində texniki işlərə başlayıb və proses uğurla başa çatdırılıb.

İnteqrasiya prosesinin tamamlanmasından sonra tərəflər arasında elektron icazə blanklarından istifadə edilməklə ilk pilot daşımalar uğurla həyata keçirilib. Pilot mərhələsinin müsbət nəticələrinə əsasən, sistemin aktiv tətbiqinə başlanılması məqsədilə tərəflər arasında ilkin olaraq 1000 ədəd ikitərəfli, 1000 ədəd tranzit və 1000 ədəd üçüncü ölkə elektron icazə blankı mübadilə edilib və həmin elektron icazə blanklarının daşıyıcılara təqdim edilməsinə başlanılıb.

Bununla da Gürcüstan Azərbaycanın elektron icazə (E-Permit) sistemini tətbiq etdiyi beşinci ölkə olub. Bundan əvvəl elektron icazə sistemi Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan ilə uğurla tətbiq edilirdi.

Daşıyıcılar e-xidmet.ayna.gov.az portalına daxil olmaqla elektron icazə blanklarını olduqları yeri tərk etmədən, günün 24 saatı, həftənin 7 günü tam avtomatik rejimdə əldə edə bilərlər. Bu, daşıyıcılara icazə blanklarını istənilən vaxt məsafədən əldə etmək imkanı yaratmaqla yanaşı, xidmətlərin operativliyini daha da artırır.

Elektron icazə sisteminin tətbiqi icazələrin əldə edilməsini sürətləndirir, inzibati prosedurları sadələşdirir, kağız sənəd dövriyyəsini azaldır və beynəlxalq yük daşımalarında rəqəmsallaşmanın genişləndirilməsinə xidmət edir.(modern.az)