Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qanköçürmə İnstitutuna giriş niyə çətinləşib? – ŞİKAYƏT

Cəmiyyət

Milli Hematologiya və Transfuziologiya İnstitutunun yerləşdiyi Mirəli Qaşqay küçəsində tibb müəssisəsinə gələn xəstələrin nəqliyyat vasitələrindən rahat minib-düşməsi üçün şəraitin olmaması narazılıq yaradıb.

Cagdas.az xəbər veriri ki Modern.az-a müraciət edən vətəndaşlar bildiriblər ki, xəstəxananın qarşısında maşınların dayanması və xəstələrin düşürülməsi üçün kifayət qədər ərazi yoxdur. İddiaya görə, daha əvvəl həmin ərazidə xüsusi minib-düşmə zonası mövcud olsa da, sonradan həmin nişanlanma xətləri silinib və parklanma üçün ayrılıb.

Məsələ ilə bağlı sorğumuzu cavablandıran AYNA-nın Media ilə əlaqələr şöbəsinin baş mütəxəssisi Günay Elşadqızı bildirib ki, qurum tərəfindən Bakı şəhərinin inzibati ərazisindəki tibb və sosial xidmət müəssisələrinin ətrafında minib-düşmə və taksi duracaqlarının təşkili işləri davam etdirilir:

“Sözügedən ərazidə minib-düşmə yerinin yaradılmasının mümkünlüyü ilə bağlı tərəfimizdən təhlil aparılacaq”.

Baş mütəxəssisin sözlərinə görə, adıçəkilən küçədə əvvəllər də xüsusi minib-düşmə yeri olmayıb. AYNA əməkdaşları tərəfindən 2026-cı il iyunun 24-də əraziyə keçirilən baxış zamanı mövcud parklanma xətlərinin qanunsuz şəkildə silindiyi müəyyən edilib və həmin tarixdə parklanma nişanlanması yerində bərpa olunub.