Azərbaycanlı tərcüməçi Naila Brandalik Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində keçirilən rəsmi tədbirdə tərcüməçi kimi fəaliyyət göstərib.
Cagdas.az xəbər verir ki, Almaniya Federal Hökuməti və Berlin Ədliyyə orqanları yanında akkreditə olunmuş müstəqil tərcüməçi Naila Brandalik iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri zamanı keçirilən mətbuat konfransında tərcüməçi qismində iştirak edib.
Naila Brandalik diaspor tədbirlərində də fəal iştirak edir. O, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2025-ci il noyabrın 1-də Almaniyanın Köln şəhərində, 2026-cı il iyunun 6-da isə Hamburq şəhərində keçirilən Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin II və III Forumlarında tərcüməçi kimi çıxış edib.
Qeyd edək ki, Naila Brandalik Almaniya Federal Hökuməti və Berlin Ədliyyə orqanları yanında akkreditə olunmuş müstəqil tərcüməçidir.(modern.az)

















