Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanlıların rus qadınlarla evlənməsi çətinləşdi – Yeni QAYDA

Cəmiyyət

Rusiya Dövlət Duması miqrasiya qanunvericiliyini sərtləşdirən və saxta nikahlar vasitəsilə vətəndaşlıq əldə edilməsinin qarşısını almağa yönəlmiş qanunu qəbul edib.

Çağdaş.Az xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

Onun sözlərinə görə, yeni qanun xüsusilə yaşlı qadınlarla formal nikah bağlayaraq Rusiya vətəndaşlığı almaq hallarının qarşısını önləmək məqsədi daşıyır.

“Bu sahədə qayda yaratmaq lazım idi. Əvvəllər çoxlu saxta nikahlar olurdu. Gəlmələr 80 yaşlı qadınlarla formal nikah bağlayaraq vətəndaşlıq almağa çalışırdılar. Bu boşluqlar artıq aradan qaldırılıb”, – deyə Volodin bildirib.

Qanuna əsasən, bundan sonra xarici vətəndaşlara hər hansı silinməmiş və ya ödənilməmiş məhkumluğu olduğu halda Rusiya vətəndaşlığı, müvəqqəti yaşamaq icazəsi və ya yaşayış icazəsi verilməyəcək.

Əgər həmin sənədlər artıq verilibsə və sonradan şəxsin silinməmiş məhkumluğu aşkar olunarsa, onlar ləğv ediləcək. Bu qayda yalnız rəsmi qaçqın statusu və ya siyasi sığınacaq almış şəxslərə şamil edilməyəcək.

Yeni qanun miqrantlar üçün sənəd tələblərini də sərtləşdirir. Belə ki, müraciət edən şəxslər yaşadıqları ölkədən son üç ay ərzində verilmiş məhkumluğun olub-olmaması barədə rəsmi arayış təqdim etməlidirlər. Bir neçə vətəndaşlığı və ya yaşayış icazəsi olan şəxslər hər ölkə üzrə ayrıca arayış təqdim edəcəklər.

Bu tələb 14 yaşadək uşaqlara, qaçqınlara, siyasi sığınacaq alanlara və Rusiya Silahlı Qüvvələri ilə müqavilə bağlamış hərbçilərə şamil olunmayacaq.

Qanun prezident tərəfindən imzalandıqdan 180 gün sonra qüvvəyə minəcək. Həmin tarixədək təqdim edilən müraciətlər isə əvvəlki qaydalar əsasında baxılacaq.

Qeyd olunur ki, bu dəyişikliklər Rusiyada “Krokus Siti Holl” terror aktından sonra həyata keçirilən miqrasiya siyasətinin sərtləşdirilməsi çərçivəsində qəbul edilib./Modern.az/