• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9436
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycana gələn turistlər azalıb

23 İyul, 26 / 21:49
A A

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Cagdas.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin Dövlət Sərhəd Xidmətinin məlumatları əsasında yaydığı hesabata görə, cari ilin ilk altı ayında Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 92,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azdır.

Azərbaycana gələnlərin 28,1 faizini Rusiya, 21 faizini Türkiyə, 8,2 faizini İran, 4,9 faizini Gürcüstan, 4,6 faizini Qazaxıstan, 3,2 faizini Özbəkistan, 2,9 faizini Pakistan, 2,8 faizini Hindistan, 2,6 faizini İsrail, 2,4 faizini Çin, 1,8 faizini Səudiyyə Ərəbistanı, 1,6 faizini Ukrayna, 1,3 faizini Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya vətəndaşları təşkil edib. Digər ölkələrin payı isə 12,4 faiz olub.

Ölkəyə gələnlərin 68,7 faizi kişilər, 31,3 faizi isə qadınlar olub.

Hesabata əsasən, Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 9,3 faiz artaraq 54,4 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı 1,8 faiz artaraq 430,4 min nəfərə yüksəlib. Körfəz ölkələrindən gələnlərin sayı 31,4 faiz, digər ölkələrdən gələnlərin sayı isə 14,1 faiz azalıb.

Əcnəbilərin 71,1 faizi Azərbaycana hava nəqliyyatı ilə, 27,5 faizi dəmir yolu və avtomobil nəqliyyatı ilə, 1,4 faizi isə dəniz yolu ilə daxil olub.

Eyni dövrdə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı da azalıb. Belə ki, 2026-cı ilin yanvar-iyun aylarında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz azalaraq 937,4 min nəfər təşkil edib.

Azərbaycan vətəndaşlarının 41,5 faizi Türkiyəyə, 17,1 faizi Rusiyaya, 11,7 faizi Gürcüstana, 6,2 faizi İrana, 23,5 faizi isə digər ölkələrə səfər edib.

Xaricə gedən Azərbaycan vətəndaşlarının 69,8 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Dünyanın ən güclü 15 hərbi dəniz donanması açıqlandı

İyul 23, 2026
Cəmiyyət

Evdə ən çox pulu bu texnika “yeyir” – RƏQƏMLƏR

İyul 23, 2026
Cəmiyyət

Bu, günvurma əlamətidir – Həkimdən TÖVSİYƏ

İyul 23, 2026
Cəmiyyət

15+ qadağası Azərbaycana nə vaxt çatacaq?

İyul 23, 2026
Electric car charging at home, Clean energy filling technology. 3D illustration
Cəmiyyət

Azərbaycanda elektrikli avtomobillərə tələbat artıb, bəs infrastruktur var?

İyul 23, 2026
Cəmiyyət

Ətin qiyməti niyə od tutub yanır?

İyul 23, 2026

XƏBƏR LENTİ

Niyə arıqlamaq bu qədər çətindir?

23 İyul, 26 / 23:52

Yastığın altına dəfnə yarpağını niyə qoyurlar?

23 İyul, 26 / 23:38

Su üzərində YENİ KƏŞF

23 İyul, 26 / 23:26

Ən xoşbəxt ölkələr BUNLARDIR

23 İyul, 26 / 23:07

Arda Güler Mourinyonu heyran etdi

23 İyul, 26 / 22:47

Dünyanın ən güclü 15 hərbi dəniz donanması açıqlandı

23 İyul, 26 / 22:31

Evdə ən çox pulu bu texnika “yeyir” – RƏQƏMLƏR

23 İyul, 26 / 22:17

Bu, günvurma əlamətidir – Həkimdən TÖVSİYƏ

23 İyul, 26 / 22:02

Azərbaycana gələn turistlər azalıb

23 İyul, 26 / 21:49

Ermənistan prezidenti xəstəxanaya aparıldı

23 İyul, 26 / 21:37
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.