• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.2° Weather Columbus
$
1.7
€
1.9436
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sistemi genişlənir

23 İyul, 26 / 15:04
A A

Bakı Sağlamlıq Mərkəzi (BSM) Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sisteminə (TRƏS) uğurla inteqrasiya olunub. Nəticədə Mərkəzdə son illər ərzində toplanmış 3,5 milyondan artıq tibbi məlumat vahid elektron platformaya köçürülərək vətəndaşların fərdi elektron sağlamlıq tarixçələrinə daxil edilib.

Cagdas.az xəbər verir ki, bu inteqrasiya Azərbaycanda rəqəmsal səhiyyə ekosisteminin formalaşdırılması istiqamətində mühüm mərhələdir. Bakı Sağlamlıq Mərkəzində formalaşan tibbi məlumatlar vahid TRƏS sistemində toplanacaq ki, bu da həkimlər, həm də pasiyentlər üçün tibbi məlumatlara çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Tibbi Rəqəmsal Əkiz Sistemi (TRƏS) vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanması, emalı və idarə olunmasını təmin edən mərkəzləşdirilmiş rəqəmsal platformadır. TRƏS laborator müayinələr və həkimə təkrar müraciətləri azaltmağa imkan verir. Bundan əlavə, sistem dövlət və özəl tibb müəssisələrində formalaşan aktual tibbi məlumatların həkimlər üçün əlçatan olmasını təmin edir, müalicənin təyin olunması zamanı daha dəqiq klinik qərarların qəbulunu dəstəkləyir, tibbi yardımın fasiləsizliyinə töhfə verir və səmərəliliyini artırır.

Bakı Sağlamlıq Mərkəzində tibbi xidmətlərin idarə olunması Xəstəxana İnformasiya Sistemi (NTİS) vasitəsilə həyata keçirilir. Bu sistemdəki göstəricilər tibbi məlumat mübadiləsi üzrə beynəlxalq HL7 FHIR standartına uyğunlaşdırılıb. İnteqrasiya nəticəsində mərkəzin arxiv məlumatları vahid sistemə köçürülüb, bundan sonra isə bütün yeni tibbi məlumatlar real vaxt rejimində avtomatik olaraq TRƏS-ə ötürüləcək.

Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov qeyd edib ki, TRƏS platformasına inteqrasiya müəssisənin rəqəmsal transformasiyasında mühüm mərhələdir: “Bu sistem pasiyentlərin tibbi məlumatlarının vahid elektron xəstəlik tarixçəsində saxlanılmasını, eləcə də onların həyatı boyu toplanan tibbi məlumatlara operativ və təhlükəsiz çıxışın təmin edilməsini mümkün edəcək. Nəticədə tibbi xidmətlərin keyfiyyəti və əlçatanlığı əhəmiyyətli dərəcədə artacaq”.

Tibbi Rəqəmsal Əkiz Sisteminə giriş dövlət rəqəmsal identifikasiya platforması olan “myGov ID” vasitəsilə həyata keçirilir. Bu yanaşma istifadəçilərin etibarlı identifikasiyasını və autentifikasiyasını təmin edir, sistemə təhlükəsiz çıxışı və şəxsi tibbi məlumatların yüksək səviyyədə qorunmasını təmin edir.

Hazırda Səhiyyə Nazirliyi digər dövlət və özəl tibb müəssisələrinin də TRƏS-ə mərhələli şəkildə qoşulmasını davam etdirir.

Bu inteqrasiya Azərbaycanın rəqəmsal səhiyyəsinin inkişafına mühüm töhfə verəcək, həkimlər və vətəndaşlar üçün toplanmış tibbi məlumatlara geniş çıxış imkanları yaradacaq, daha müasir, şəffaf və əlçatan tibbi xidmətlərin göstərilməsinə şərait yaradacaq.(musavat.com)

Bənzər Xəbərlər

Cəmiyyət

Atası təsisçi, qızı rektordur – Qalmaqallı universitet kimə məxsusdur?

İyul 23, 2026
Cəmiyyət

İşçilərin ezamiyyə qaydalarında dəyişiklik edildi

İyul 23, 2026
Cəmiyyət

Süni qiymət artımlarının qarşısı necə alınmalıdır? – AÇIQLAMA

İyul 23, 2026
Cəmiyyət

Azərbaycanda yeni dövlət qurumu yaradılır

İyul 23, 2026
Cəmiyyət

Azərbaycanda işsizlərin sayı artıb – RƏQƏMLƏR

İyul 23, 2026
Corporate Management Strategy Solution Branding Concept
Cəmiyyət

Azərbaycan bu ölkənin iş modelinə keçir – atalıq məzuniyyəti olacaq

İyul 23, 2026

XƏBƏR LENTİ

Atası təsisçi, qızı rektordur – Qalmaqallı universitet kimə məxsusdur?

23 İyul, 26 / 17:10

İşçilərin ezamiyyə qaydalarında dəyişiklik edildi

23 İyul, 26 / 16:57

Süni qiymət artımlarının qarşısı necə alınmalıdır? – AÇIQLAMA

23 İyul, 26 / 16:41

Azərbaycanda yeni dövlət qurumu yaradılır

23 İyul, 26 / 16:28

Azərbaycanda işsizlərin sayı artıb – RƏQƏMLƏR

23 İyul, 26 / 16:15
Corporate Management Strategy Solution Branding Concept

Azərbaycan bu ölkənin iş modelinə keçir – atalıq məzuniyyəti olacaq

23 İyul, 26 / 15:59

Yeni avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Bu elanlara inanmayın

23 İyul, 26 / 15:47

“20 Yanvar”dakı kafedən idarə edilən dəstə – Milyonlar mənimsəyib

23 İyul, 26 / 15:35

ƏHALİNİN SIYAHIYAALINMASI BAŞLAYIR – “Kupça” və qeydiyyat məsələlərinə təsiri olacaq?

23 İyul, 26 / 15:19

Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sistemi genişlənir

23 İyul, 26 / 15:04
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.