• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.2° Weather Columbus
$
1.7
€
1.9436
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

ƏHALİNİN SIYAHIYAALINMASI BAŞLAYIR – “Kupça” və qeydiyyat məsələlərinə təsiri olacaq?

23 İyul, 26 / 15:19
A A

Bu günlərdə Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində 2029-cu ildə Azərbaycanda keçiriləcək növbəti əhalinin siyahıyaalınmasına hazırlıq məsələlərinə həsr olunmuş geniş iclas keçirilib.

Toplantıda Prezident İlham Əliyevin 7 iyul 2026-cı il tarixli “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərmanından irəli gələn vəzifələrin icrası, siyahıyaalınmaya hazırlıq prosesi, aidiyyəti dövlət qurumları arasında koordinasiya və müasir rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı görüləcək işlər müzakirə olunub. İclasda bildirilib ki, siyahıyaalınmanın BMT-nin müvafiq standart və tövsiyələrinə uyğun şəkildə, inzibati və geoməkan məlumatlarından istifadə edilməklə ilk dəfə rəqəmsal formatda keçirilməsi nəzərdə tutulur.

İclasda çıxış edən Baş nazir Əli Əsədov əhalinin siyahıyaalınmasının ölkənin demoqrafik vəziyyəti barədə ən dolğun məlumat bazasını formalaşdıran mühüm dövlət tədbiri olduğunu bildirib. Onun sözlərinə görə, siyahıyaalma demoqrafik proseslərin obyektiv qiymətləndirilməsi, dövlət siyasətinin planlaşdırılması və gələcək sosial-iqtisadi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

 

Əli Əsədov qeyd edib ki, Azərbaycanda müstəqillik dövründə əhalinin siyahıyaalınması 1999, 2009 və 2019-cu illərdə keçirilsə də, həmin dövrlərdə ölkə ərazisinin bir hissəsinin işğal altında olması səbəbindən bu tədbir bütün əraziləri əhatə edə bilməyib. Baş nazir vurğulayıb ki, 2029-cu ildə keçiriləcək siyahıyaalma bu baxımdan xüsusi tarixi əhəmiyyət daşıyacaq.

Məlumdur ki, Azərbaycanda bir çox hallarda vətəndaşların faktiki yaşayış yeri ilə qeydiyyat ünvanı üst-üstə düşmür. Maraqlıdır ki, 2029-cu ildə keçiriləcək əhalinin siyahıyaalınması bu uyğunsuzluqların aradan qaldırılmasına töhfə verə bilərmi? Həmçinin o da maraqlıdır ki, siyahıyaalınmanın daşınmaz əmlakın qeydiyyatı – “kupça” və digər qeydiyyat prosedurlarına hər hansı müsbət təsiri olacaqmı?

Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya bildirib ki, əhalinin siyahıyaalınması 10 ildən bir həyata keçirilən adi dövlət prosedurudur və bunun hansısa xüsusi məna yüklənməsi düzgün deyil: “Bu, 10 ildən bir həyata keçirilən ənənəvi prosesdir. Dövlət vətəndaşların siyahıyaalınmasını aparır, ərazi üzrə dəqiqləşdirmələr edir, insanların harada yaşadığını, cinsini, dini və etnik mənsubiyyətini müəyyənləşdirir. Əslində isə dövlət bu məlumatları davamlı olaraq qeydiyyatda saxlayır. Vətəndaşların vəziyyətinin qeydiyyatı sistemi fəaliyyət göstərir və bu məlumatlar mütəmadi yenilənir”.

 

 

Ekspert bildirib ki, əhalinin siyahıyaalınmasının daşınmaz əmlakın qeydiyyatı (“kupça”) və digər qeydiyyat prosedurlarına hər hansı birbaşa təsiri və ya faydası olmayacaq: “10 ildən bir bu iş layihə şəklində həyata keçirilir və faktiki vəziyyət yenidən sayılaraq dəqiqləşdirilir: “Bu, kifayət qədər xərc tələb edən proses olduğuna görə hər il deyil, məhz 10 ildən bir keçirilir. Hətta bir yerdən başqa yerə köçən zaman, müvəqqəti də olsa, olduğumuz ünvanda qeydiyyata düşməliyik. Bu, qanunvericiliyin tələbidir. Yəni dövlət vətəndaşların qeydiyyatını daim aparır və bu baxımdan hər hansı problem yoxdur. Sadəcə, 10 ildən bir faktiki vəziyyət yerində yoxlanılır və məlumatlar dəqiqləşdirilir. Bunun hansısa xüsusi məqamla əlaqəsi yoxdur. Bu, dünya təcrübəsində tətbiq olunan bir praktikadır. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də əhalinin siyahıyaalınması hər 10 ildən bir keçirilir”./AzPolitika.info/

Bənzər Xəbərlər

Cəmiyyət

Ətin qiyməti niyə od tutub yanır?

İyul 23, 2026
Cəmiyyət

Onların işə təyinatı zamanı ailə vəzifələri də nəzərə alınacaq

İyul 23, 2026
Cəmiyyət

Azərbaycanda çörək ucuzlaşacaq? – Diqqətçəkən proqnoz

İyul 23, 2026
Cəmiyyət

Atası təsisçi, qızı rektordur – Qalmaqallı universitet kimə məxsusdur?

İyul 23, 2026
Cəmiyyət

İşçilərin ezamiyyə qaydalarında dəyişiklik edildi

İyul 23, 2026
Cəmiyyət

Süni qiymət artımlarının qarşısı necə alınmalıdır? – AÇIQLAMA

İyul 23, 2026

XƏBƏR LENTİ

Ətin qiyməti niyə od tutub yanır?

23 İyul, 26 / 17:53

Onların işə təyinatı zamanı ailə vəzifələri də nəzərə alınacaq

23 İyul, 26 / 17:37

Azərbaycanda çörək ucuzlaşacaq? – Diqqətçəkən proqnoz

23 İyul, 26 / 17:22

Atası təsisçi, qızı rektordur – Qalmaqallı universitet kimə məxsusdur?

23 İyul, 26 / 17:10

İşçilərin ezamiyyə qaydalarında dəyişiklik edildi

23 İyul, 26 / 16:57

Süni qiymət artımlarının qarşısı necə alınmalıdır? – AÇIQLAMA

23 İyul, 26 / 16:41

Azərbaycanda yeni dövlət qurumu yaradılır

23 İyul, 26 / 16:28

Azərbaycanda işsizlərin sayı artıb – RƏQƏMLƏR

23 İyul, 26 / 16:15
Corporate Management Strategy Solution Branding Concept

Azərbaycan bu ölkənin iş modelinə keçir – atalıq məzuniyyəti olacaq

23 İyul, 26 / 15:59

Yeni avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Bu elanlara inanmayın

23 İyul, 26 / 15:47
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.