Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Atası təsisçi, qızı rektordur – Qalmaqallı universitet kimə məxsusdur?

Cəmiyyət

Bütün xəstəliklərin müalicəsi mümkün olsa belə, insan ömrünün bioloji baxımdan müəyyən həddi qalacaq.

Cagdas.az xəbər verir ki, bu nəticə Moskva Skolkovo Elm və Texnologiya İnstitutunun apardığı araşdırmada yer alıb.

Tədqiqatçıların hesablamalarına görə, ideal tibbi şəraitdə belə insan ömrü təxminən 150-190 il arasında məhdudlaşa bilər. Buna səbəb hüceyrələrdə zamanla yığılan somatik mutasiyalar və onların orqanların fəaliyyətinə göstərdiyi mənfi təsirdir.

Araşdırmada qeyd olunur ki, qocalmanın əsas amillərindən biri orqanların hüceyrə səviyyəsində özünü bərpa etmə qabiliyyətidir. Dəri və qaraciyər kimi toxumalar zədələnmiş hüceyrələri daim yeniləyə bilsə də, ürək və beyin kimi həyati əhəmiyyət daşıyan orqanlarda bu proses çox məhdud şəkildə baş verir.

Nəticədə illər keçdikcə həmin hüceyrələrdə DNT zədələnmələri toplanır və bu da orqanların fəaliyyətini zəiflədir, insan ömrünün təbii yuxarı həddini müəyyənləşdirir.

Alimlər vurğulayırlar ki, gələcəyin tibbinin əsas məqsədi yalnız ömrü uzatmaq deyil, insanların yaşlılıq dövrünü daha sağlam, aktiv və yüksək həyat keyfiyyəti ilə keçirməsinə nail olmaqdır.(milli.az)