Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ətin qiyməti niyə od tutub yanır?

Cəmiyyət

“Azərbaycanda son illər mal və qoyun ətinin qiymətində müşahidə olunan artımın əsas səbəbi yem çatışmazlığı və heyvan sayının azalmasıdır”.

Cagdas.az   xəbər verir ki, bunu “Bakupost”a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib.

Ekspert bildirib ki, ölkədə yem istehsalı tələbatı ödəmir:

“Azərbaycanda tələbatdan iki dəfə az ot, on dəfə az yem istehsal olunur. Heyvan yem olmadan ət vermir. Qida rasionu zəif olduğu üçün heyvanların gündəlik çəki artımı cəmi 400-500 qram təşkil edir. Bu isə ətin maya dəyərini artırır.”

Onun sözlərinə görə, örüş sahələrinin azalması və məhsuldarlığın aşağı düşməsi də heyvandarlığa mənfi təsir göstərir. Nəticədə heyvanların baş sayı azalır, bazarda təklif zəifləyir və qiymətlər yüksəlir.

.Məhərrəmli qeyd edib ki, Azərbaycanda adambaşına illik ət istehsalı 36-38 kiloqram civarındadır. Halbuki normal göstərici təxminən 76 kiloqram hesab olunur:

“Əhalinin alıcılıq qabiliyyəti zəif olsa da, ətə tələbat yüksəkdir. İnsanlar ailələrinin normal qidalanmasını istəyirlər. Təəssüf ki, bu gün ət bir çox ailə üçün əlçatan deyil.”

Ekspert bildirib ki, son iki ildə dünya bazarında da ətin qiyməti artır. Bunun səbəblərindən biri qlobal istiləşmə və bir çox ölkələrin ixracı azaltmasıdır.

Onun sözlərinə görə, əvvəllər Azərbaycana diri heyvan ixrac edən bəzi ölkələr artıq məhsullarını daha yüksək qiymətə başqa bazarlara satırlar:

“Gürcüstan artıq diri heyvanı Azərbaycana deyil, daha yüksək qiymətə ərəb ölkələrinə ixrac edir. Hazırda Monqolustandan kəsilmiş ət gətirilir. Lakin bu da uzunmüddətli həll deyil. Daha böyük bazarlar həmin məhsulu aldıqca Azərbaycanın idxal imkanları zəifləyə bilər.”

Ekspert hesab edir ki, yaxın illərdə həm diri heyvan, həm də ət idxalında azalma baş verə bilər. Bu isə daxili bazarda ətin qiymətinin daha da bahalaşmasına səbəb olacaq.