ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hərbi hədəflərə qarşı yeni hücum əməliyyatına başladığını açıqlayıb.
Çağdaş.Az xəbər verir ki, bu barədə CENTCOM-un X sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib.
Açıqlamaya görə, ABŞ qüvvələri Şərq vaxtı ilə saat 18:45-də İrandakı hərbi obyektlərə növbəti zərbələr endirməyə başlayıb. Bildirilib ki, bu, İranı məsuliyyətə cəlb etmək və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ticarət gəmilərinə qarşı təhdidlərini azaltmaq məqsədilə həyata keçirilən ardıcıl 13-cü hücumdur.
Bu arada İran KİV-ləri ABŞ-ın İraq sərhədi yaxınlığındakı Əhvaz bölgəsini raketlərlə hədəfə aldığını, həmçinin Hörmüz boğazı yaxınlığındakı ərazilərdə güclü partlayış səslərinin eşidildiyini xəbər verib.















