Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Meydiyevlərin BOKT-u borca düşdü – Yeni rəhbər təyin edildi + FOTO

Cəmiyyət

“Bank BTB” ASC-nin təşkilati-hüquqi formasını və adını dəyişdirərək çevrildiyi “T-Kredit” MMC Bank Olmayan Kredit Təşkilatı (BOKT) dövlət qarşısında borca düşüb.

Cagdas.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Məlumata görə, yeni fəaliyyətə başlamış BOKT-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 21 540 manat vergi borcu yaranıb.

Xatırladaq ki, “Bank BTB” ötən ay öz təşkilati-hüquqi formasını və adını dəyişdirərək “T-Kredit” BOKT-yə çevrildiyini elan edib. Bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarına əsasən, mövcud qanunvericiliyə uyğun şəkildə bankın müraciəti nəzərə alınaraq onun bank olmayan kredit təşkilatı formasında yenidən təşkil edilməsinə razılıq verilib. Bankın aktivləri və öhdəlikləri Azərbaycan Beynəlxalq Bankına ötürülüb.

Çevrilmədən sonra BOKT-yə Vüqar Rəfiyev rəhbər təyin edilib. O bu təyinatadək bankın Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.

 

Qeyd ki, “Bank BTB” 2010-cu ildə təsis edilib. Onun nizamnamə kapitalı 71,45 milyon manat olub. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Müşahidə Şurasının sədri Rza Sadiqə, 5,58 %-i isə Tükəzban Mahmudovaya aid olub.

Bank BOKT-yə çevrildikdən sonra onun nizamnamə kapitalı hazırda 1 milyon manat təşkil edir.