• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.2° Weather Columbus
$
1.7
€
1.9345
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakı-Tbilisi qatarlarında sərnişin yerlərinin sayı artırıldı

24 İyul, 26 / 17:49
A A

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə səyahət imkanlarının genişləndirilməsi və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə qatarların tutumunun artırılması istiqamətində işləri davam etdirir.

Cagdas.az ADY-dən Modern.az-a bildirilib ki, görülən işlər nəticəsində qatarların tərkibinə mərhələli şəkildə 2 ədəd komfort və 5 ədəd standart+ sinif vaqon əlavə olunub. Nəticədə sərnişin vaqonlarının sayı vaqon-restoran nəzərə alınmadan 6-dan 13-ə çatdırılıb, sərnişin tutumu isə 178-dən 386 yerədək artırılıb. Beləliklə, ilkin tutumla müqayisədə sərnişin yerlərinin sayı təqribən 120% artırılıb.

Əlavə vaqonların istismara verilməsi daha geniş seçim və daha çox sərnişinə səyahət imkanı yaradır.

Marşrut üzrə müşahidə olunan yüksək doluluq dəmir yolu ilə beynəlxalq sərnişindaşımaya marağın artdığını göstərir. İndiyə qədər bu marşrut üzrə 23 000-ə yaxın sərnişin daşınıb. Qatarların doluluq göstəricisi 100% olub.

Gürcüstandan Azərbaycan istiqamətində tələbatın olduqca yüksək olması səbəbindən satışa çıxarılan biletlər çox qısa müddətdə alınır. Belə tələbat fərqi xüsusilə yay mövsümündə və bayram günləri ərəfəsində daha aydın müşahidə edilir.

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin satış dinamikasını, vaqonların doluluq səviyyəsini və sərnişin axınını mütəmadi olaraq təhlil edir. Bu təhlillərin nəticələrinə uyğun olaraq qatarların tərkibinin genişləndirilməsi və ya əlavə vaqonların istismara verilməsi və sərnişinlər üçün yeni imkanların yaradılması istiqamətində tədbirlər görülür. Bu proses Azərbaycan və Gürcüstan tərəflərinin texniki və əməliyyat hazırlığı, sərhəd və gömrük prosedurları, qatarın hərəkət qrafiki, stansiyaların imkanları və marşrut üzrə təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilir, qarşı tərəflə zəruri razılaşdırmaların aparılması və bütün əməliyyat proseslərinin uyğunlaşdırılması tələb olunur. Bu səbəblərdən sərnişin yerlərinin sayı planlı və mərhələli şəkildə artırılır.

Azərbaycan Dəmir Yolları üçün prioritet təhlükəsizlik tələblərinə riayət etməklə mövcud tutumu mümkün olan ən qısa müddətdə artırmaqdır. Yaxın günlərdə Bakı–Tbilisi–Bakı marşrutu üzrə növbəti əlavə vaqonların istismara verilməsi üçün Gürcüstan tərəf ilə zəruri texniki və əməliyyat işləri aparılır.

ADY sərnişin tələbatını təhlil etməyə, mövcud resursları səmərəli şəkildə səfərbər etməyə və Bakı–Tbilisi–Bakı marşrutunun imkanlarını mərhələli şəkildə artırmağa davam edəcək.

Bənzər Xəbərlər

Cəmiyyət

İş axtaranlara ŞAD XƏBƏR – YENİLİK

İyul 24, 2026
Cəmiyyət

Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur

İyul 24, 2026
Cəmiyyət

Nazirlər avqustda bu rayonların sakinləri ilə görüşəcək – SİYAHI

İyul 24, 2026
Cəmiyyət

İki prokuror vəzifədən azad edildi, 8-i məsuliyyətə cəlb olundu

İyul 24, 2026
Cəmiyyət

İqtisadiyyat Nazirliyinin əsasnaməsi dəyişdi

İyul 24, 2026
Cəmiyyət

Məktəblərdə psixoloji dəstək PROBLEMİ

İyul 24, 2026

XƏBƏR LENTİ

İş axtaranlara ŞAD XƏBƏR – YENİLİK

24 İyul, 26 / 19:58

Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur

24 İyul, 26 / 19:43

“Qarabağ”ın cavab matçının biletləri satışa çıxarıldı

24 İyul, 26 / 19:29

Nazirlər avqustda bu rayonların sakinləri ilə görüşəcək – SİYAHI

24 İyul, 26 / 19:16

İki prokuror vəzifədən azad edildi, 8-i məsuliyyətə cəlb olundu

24 İyul, 26 / 18:59

İqtisadiyyat Nazirliyinin əsasnaməsi dəyişdi

24 İyul, 26 / 18:46

Məktəblərdə psixoloji dəstək PROBLEMİ

24 İyul, 26 / 18:33

İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada veriləcək

24 İyul, 26 / 18:05

Bakı-Tbilisi qatarlarında sərnişin yerlərinin sayı artırıldı

24 İyul, 26 / 17:49

“Space TV”nin bank hesablarına həbs qoyuldu

24 İyul, 26 / 17:36
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.