Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada veriləcək

Cəmiyyət

İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada müvafiq elektron informasiya sistemində yaradılacaq.

Cagdas.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlara dəyişikliyi təsdiqləyib.

Qanun Prezidentin 2026-cı il 19 mart tarixli 631 nömrəli “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanının icrası məqsədilə hazırlanıb.

Dəyişikliklə “Tibbi sığorta haqqında” qanuna icbari tibbi sığorta fondu anlayışı əlavə edilib.

Bununla bərabər icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsaslarının müəyyən edilməsi, o cümlədən, sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin aptek təşkilatları tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında buraxılacaq.

Mövcud dəyişikliklə əlaqəli Prezidentin imzaladığı Fərmana görə, müvafiq “orqan (qurum)” dedikdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Fərmanla nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “İcbari tibbi sığorta” altsistemi yaradılacaq. Altsistemin formalaşdırılması 2027-ci il yanvarın 1-dək təmin edilməlidir.

Nazirlər Kabineti icbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının aparılması qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.