Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İş axtaranlara ŞAD XƏBƏR – YENİLİK

Cəmiyyət

Azərbaycanda yaxın illərdə əmək bazarı ilə təhsil sistemi arasında inteqrasiyanı gücləndirəcək yeni rəqəmsal platforma – “Peşələr üzrə elektron atlas” informasiya sistemi yaradılacaq.

Məşğulluq Strategiyasının 2026-2030-cu illər üçün Tədbirlər Planında yer alan bu layihənin mahiyyəti, əsas üstünlükləri nələrdir? Sistem necə tətbiq ediləcək?

Cagdas.az bildirir ki, mövzu ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, sistem vasitəsilə əmək bazarında mövcud olan peşələr barədə geniş və sistemləşdirilmiş məlumatlar təqdim ediləcək.

“Burada yalnız peşələrin siyahısı deyil, həmçinin hər bir peşə üzrə tələb olunan ixtisaslar, bilik, bacarıq və səriştələr, peşənin məzmunu, əmək bazarındakı xüsusiyyətləri və digər zəruri məlumatlar da öz əksini tapacaq.

İnformasiya sistemindən işsiz və işaxtaran şəxslərlə yanaşı işəgötürənlər, təhsil və təlim müəssisələri, karyera məsləhətçiləri və əmək bazarının digər iştirakçıları da istifadə edə biləcəklər. Bu baxımdan elektron atlas əmək bazarı ilə təhsil və təlim sistemi arasında əlaqələrin gücləndirilməsinə, peşə seçimi və karyera planlaşdırılması prosesinin dəstəklənməsinə xidmət edəcək.

Sistemdə müxtəlif peşələr üzrə minimum tələbləri müəyyən edən peşə standartlarının yerləşdirilməsi də nəzərdə tutulur. Bu, istifadəçilərə hər bir peşə üzrə tələb olunan bilik və bacarıqlar barədə dolğun məlumat əldə etmək imkanı yaradacaq”, – məlumatda qeyd olunub.

Vurğulanıb ki, atlasın yaradılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi, hazırlıq işlərinin görülməsi, əmək bazarı iştirakçılarının bu barədə məlumatlandırılması və digər zəruri tədbirlərin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır:

“Ümumilikdə elektron atlas işsiz və işaxtaran şəxslərin əmək bazarında mövcud olan peşələr barədə məlumatlılığının artırılmasına, bilik və bacarıqlarının inkişafına, həmçinin onların uyğun karyera imkanlarının genişlənməsinə töhfə verəcək”.(sfera.az)