• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.2° Weather Columbus
$
1.7
€
1.9345
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Qız qalasından yayılan görüntülər müzakirə yaratdı: Bakının altında nə var? – VİDEO

25 İyul, 26 / 10:07
A A

Sosial şəbəkələrdə Qız qalasından yayılan görüntülər yeni müzakirələrə səbəb olub. Belə ki, abidəni ziyarət edən şəxs tarixi tikilinin quruluşu ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. Bildirilir ki, qalanın aşağı hissəsində nəhəng daş konstruksiya görünür və bir neçə ton ağırlığında olduğu ehtimal edilən iri daş iki sütunun üzərində dayanır. Diqqətlə baxanda bunun sanki aşağıdakı tikilinin giriş hissəsi və ya qapısı olduğu təəssüratı yaranır. Bəzi fərziyyələrə görə, Bakının altında müxtəlif dövrlərə aid qədim yaşayış qatları və tikililər mövcud olub. Tarix boyu Xəzər dənizinin səviyyəsinin dəyişməsi nəticəsində müəyyən ərazilərin su altında qalması, sonradan isə onların üzərində yeni yaşayış məskənlərinin salınması ehtimal edilir.

İddialar nə dərəcədə realdır? Belə tarixi faktlar varmı?

Cagdas.az  danışan AMEA-nın əməkdaşı, tarixçi-alim Faiq Ələkbərli deyib ki, əslində bizim bu gün Qız qalasının tarixi təkcə XII əsrlə məhdudlaşmır:

“Mövcud elmi yanaşmaya görə, qalanın əsas tikinti mərhələsi XII əsrə aid edilir. Lakin bir sıra tədqiqatçılar onun daha qədim dövrlərdə mövcud olduğunu və sonrakı əsrlərdə yenidən qurulduğunu da istisna etmirlər. Belə hesab olunur ki, bu tikili vaxtilə Bakı körfəzinə daxil olan və buradan keçən gəmilərə nəzarət məqsədilə istifadə olunub. Həmçinin Xəzər dənizinin səviyyəsinin müxtəlif dövrlərdə dəyişməsi ilə bağlı fərziyyələr də mövcuddur. Bəzi mülahizələrə görə, qədim dövrlərdə Xəzərin coğrafiyası indiki dövrdən fərqli olub və bu da bölgənin müdafiə və nəzarət sistemində belə tikililərin əhəmiyyətini artırıb. Bu baxımdan Qız qalasının sadəcə yaşayış binası deyil, daha çox müdafiə və müşahidə funksiyası daşıyan gözətçi qülləsi olduğu ehtimal edilir. Qala kompleksinin müdafiə sisteminin mühüm elementi kimi fəaliyyət göstərməsi barədə fikirlər də mövcuddur”.

faiq elekberli e1746428830450

Faiq Ələkbərli

Tarixçi-alim bildirib ki, abidənin ilkin əsaslarının daha qədim, hətta eramızdan əvvəl VI-V əsrlərə gedib çıxması barədə də müxtəlif elmi mülahizələr irəli sürülür:

“Lakin bu məsələ ilə bağlı elmi ictimaiyyətdə yekdil mövqe yoxdur və araşdırmalar davam edir. Qalanın Qız qalası adlandırılması və bununla bağlı xalq arasında yayılan rəvayətlər, o cümlədən xanın qızı ilə bağlı məşhur əfsanə daha çox folklor nümunəsidir və tarixi fakt kimi qəbul edilmir. Bu abidənin əsl təyinatı və ilkin adı barədə isə müxtəlif elmi yanaşmalar mövcuddur. Bu mövzuda tədqiqatlar hələ də davam edir”.(globalinfo)

Bənzər Xəbərlər

Cəmiyyət

Sabah 41 dərəcə isti olacaq

İyul 25, 2026
Cəmiyyət

VI “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR

İyul 25, 2026
Cəmiyyət

Məşhur həbsxana rəisi vəfat etdi - Foto

 

İyul 25, 2026
Cəmiyyət

BDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ

İyul 25, 2026
Cəmiyyət

İsti hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

İyul 25, 2026
Cəmiyyət

Yaxın 5 ildə ən çox qazanc gətirəcək ixtisaslar

İyul 25, 2026

XƏBƏR LENTİ

Sabah 41 dərəcə isti olacaq

25 İyul, 26 / 14:04

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

25 İyul, 26 / 13:46

"Əsrin boşanması": Milyarder keçmiş arvadına 644 milyon dollar ödəyəcək

 

25 İyul, 26 / 13:28

Muzdla işləyənlərin maaşı ilə bağlı mühüm statistika

25 İyul, 26 / 13:10

VI “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR

25 İyul, 26 / 12:53

Siyasi analitikdən XƏBƏRDARLIQ: Dünya "sonsuz müharibələr" dövrünə daxil olur

25 İyul, 26 / 12:35

BCM-in baş prokuroru Kərim Xanın torbasını kim tikdi?

25 İyul, 26 / 12:17

Məşhur həbsxana rəisi vəfat etdi - Foto

 

25 İyul, 26 / 12:01

Ağ Ev İran əməliyyatını maliyyələşdirmək üçün vəsait axtarır

25 İyul, 26 / 11:52

Qara iyul: son 10 ildə 7-ci baş nazir – Çörçillə qalmayan post xələflərinə də qalmır

25 İyul, 26 / 11:36
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.