Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yaxın 5 ildə ən çox qazanc gətirəcək ixtisaslar

Cəmiyyət

Azərbaycanda yaxın illərdə əmək bazarında ən çox qazandıracaq ixtisasların hansı olacağı, süni intellektin peşələrə təsiri və maaş artımı ilə bağlı gözləntilər müzakirə olunan mövzulardandır.

Cagdas.az-ın xəbərinə görə, təhsil eksperti Səbuhi Abdullayev Modern.az-a açıqlamasında bildirib ki, əmək bazarı sürətlə dəyişdiyi üçün yaxın beş il üzrə dəqiq proqnoz vermək asan deyil.

Onun sözlərinə görə, bazar iqtisadiyyatının dinamik inkişafı yeni peşələrin yaranmasına və mövcud ixtisaslara tələbatın dəyişməsinə səbəb olur.

“Əmək bazarı çox sürətlə dəyişir. Buna görə də yaxın beş il ərzində hansı ixtisasların daha çox qazandıracağını dəqiq söyləmək çətindir. Ancaq süni intellektlə əlaqəli sahələr, data analitikası və rəqəmsal texnologiyalar istiqamətində çalışan mütəxəssislər prioritet olaraq qalacaq. Bu sahələrdə çalışanlar, xüsusilə də peşəkar təcrübə qazandıqları halda, əmək bazarına inteqrasiyada ciddi çətinlik yaşamayacaqlar”, – deyə ekspert bildirib.

1537107

Səbuhi Abdullayev qeyd edib ki, süni intellekt bir çox peşələrdə iş prosesini dəyişsə də, elə ixtisaslar var ki, onları tam əvəz etməsi mümkün görünmür.

“Xüsusilə müəllimlik və həkimlik kimi peşələrdə süni intellekt köməkçi alət kimi istifadə oluna bilər. Lakin bu sahələr fundamental bilik, peşə hazırlığı və insan amili tələb etdiyi üçün onların əhəmiyyəti azalmayacaq. Əksinə, bu istiqamətlərdə çalışan mütəxəssislərin yeni texnologiyalara uyğunlaşması onların əmək bazarındakı dəyərini daha da artıracaq”, – o vurğulayıb.

Ekspert hesab edir ki, texnologiyanın inkişafı ilə yanaşı, əmək bazarında bu gün mövcud olmayan yeni peşələr də formalaşacaq.

“Zamanın və bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yeni ixtisaslar yaranacaq. Buna görə də gənclər yalnız diplom əldə etməklə kifayətlənməməli, daim öz bacarıqlarını inkişaf etdirməli, yeni bilik və kompetensiyalar qazanmalıdırlar. Əmək bazarında uğur qazanmağın əsas şərti dəyişən tələblərə uyğunlaşmaqdır”, – deyə Səbuhi Abdullayev əlavə edib.(Referans Media)