Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Büdcə gəlirləri proqnozu üstələdi

Cəmiyyət

Bu ilin ilk altı ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib.

Cagdas.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 18 milyard 828,9 milyon manat proqnoza qarşı 19 milyard 179,2 milyon manat təşkil edib. Bu, proqnozdan 350,3 milyon manat və ya 1,9 faiz çoxdur.

Altı aylıq gəlirlər cari il üçün təsdiqlənmiş dövlət büdcəsi gəlirlərinin 49,7 faizinə bərabər olub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan büdcə gəlirləri 12 milyard 759,2 milyon manat təşkil edib ki, bu da proqnozdan 2,8 faiz çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin 8 milyard 842,7 milyon manatı (46,1 faiz) vergi orqanlarının, 6 milyard 420 milyon manatı (33,5 faiz) Dövlət Neft Fondundan transfertin, 3 milyard 143,6 milyon manatı (16,4 faiz) gömrük orqanlarının, 350,7 milyon manatı (1,8 faiz) büdcədən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərinin, 28,2 milyon manatı (0,1 faiz) dövlət əmlakının icarəyə verilməsinin, 394 milyon manatı (2,1 faiz) isə digər daxilolmaların payına düşüb.

Hesabat dövründə vergi daxilolmaları proqnozu 217,7 milyon manat (2,5 faiz), dövlət əmlakının icarəsindən daxilolmalar 24,2 faiz, sair daxilolmalar isə 2,7 dəfə üstələyib. Gömrük daxilolmaları da proqnozdan 10,4 milyon manat (0,3 faiz) çox olub. Ödənişli xidmətlərdən daxilolmalar isə proqnozdan 108,7 milyon manat (23,7 faiz) az icra edilib.

2025-ci ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 139 milyon manat (1,6 faiz), gömrük daxilolmaları 52,5 milyon manat (1,7 faiz), dövlət əmlakının icarəsindən gəlirlər 28,8 faiz, büdcədən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 12,4 faiz artıb.(modern.az)