Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda hər beş ingilis dili müəllimindən biri ali təhsilli deyil

Cəmiyyət

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışan ingilis dili müəllimlərinin təxminən hər beş nəfərindən biri ali təhsilli deyil.

Cagdas.az Dövlət Statistika Komitəsinin 2024/2025-ci tədris ilinə dair məlumatlarına əsasən xəbər verir ki, ümumi təhsil müəssisələrində çalışan 13 min 100 ingilis dili müəlliminin 77,2 faizi ali, 22,8 faizi isə orta ixtisas təhsillidir.

Bu göstərici əsas fənlər üzrə müəllimlər arasında ən aşağı nəticə hesab olunur.

Hər 6 informatika müəllimindən 1-i ali təhsilli deyil:

Statistikaya görə, informatika müəllimləri də ali təhsilli müəllimlərin payına görə aşağı göstəricilərdən birinə malikdir. Belə ki, 5 min 739 informatika müəlliminin 84,4 faizi ali, 15,5 faizi isə orta ixtisas təhsili alıb.

Digər əsas fənlər üzrə isə ali təhsilli müəllimlərin payı 97 faizdən yuxarıdır:

biologiya müəllimləri – 99,4 faiz;
kimya müəllimləri – 99,3 faiz;
coğrafiya müəllimləri – 99,3 faiz;
riyaziyyat müəllimləri – 99,0 faiz;
tarix müəllimləri – 98,6 faiz;
Azərbaycan dili və ədəbiyyatı müəllimləri – 97,5 faiz. (modern.az)