• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
30.6° Weather Columbus
$
1.7
€
1.9385
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Keçmişdən gələcəyə: 50 il əvvəlin və bu günün Gəncəsi – FOTOLAR

27 İyul, 26 / 22:37
A A

Zaman axdıqca, şəhərlər də insanlar kimi dəyişir və yeni cizgilər qazanır.
Cagdas.az saytının “Keçmişdən gələcəyə” adlı rubrikasında eyni bucaqdan baxaraq şəhərlərin yarıməsr boyunca keçdiyi vizual təkamülü sizinlə paylaşırıq. Bu müqayisəli kadrlar 50 il əvvəlin nostalji sükutu ilə bu günün dinamik ritmini bir araya gətirir.

Bu fotoşəkil bizi XX əsrin ortalarına, qədim Gəncənin küçələrinə apararaq şəhərin nəqliyyat keçmişindən maraqlı bir kadrı canlandırır. Şəkildə diqqəti cəlb edən əsas məqam, 1930-1970-ci illər aralığında Gəncənin mərkəzi körpüsü üzərindən keçən, şəhər sakinlərinin gündəlik həyatının ayrılmaz hissəsi olmuş tramvaydır. Arxa fonda klassik sovet memarlığı üslubunda tikilmiş bina və körpünün girişində ucalan heykəl, o dövrün şəhər mənzərəsini, tramvay, avtobus və motosikletlərin bir arada hərəkət etdiyi rəngarəng nəqliyyat sistemini, eləcə də gəncəlilərin o illərdəki geyim tərzini və dinamik yaşayış tempini əks etdirərək nostaljik hisslər oyadır.


1933-cü ilin 1 may tarixində Gəncədə elektriklə işləyən tramvay xəttinin açılışı olub. Bu nəqliyyat növü şəhərin əsas məhəllələrini əlaqələndirir və 4 marşrut üzrə işləyirdi. Gəncə tramvayı 43 il, 16 oktyabr 1976-cı il tarixinə kimi çalışıb.

O dövrdə Gəncə şəhəri Kirovabad adlandırılıb.

Müstəqillik dövründə Gəncədə tramvayın bərpası ilə bağlı çoxsaylı təkliflər səsləndirilib.

Hətta 2013-cü ilin noyabrında Şəhər İcra Hakimiyyəti və Fransanın “NEWTL” şirkəti arasında təntənəli şəkildə Gəncə tramvay xəttinin çəkilişi ilə əlaqədar memorandum imzalanıb Amma real nəticə olmayıb.


70-ci illərdə “Kirovabad” adı ilə sovet sənayesinin, tramvay səslərinin və toxuculuq kombinatlarının gurultulu ritmi ilə yaşayan Gəncə, bu gün öz qədim ruhunu modernizmlə birləşdirən tamam başqa bir simaya sahibdir. Bu gün Gəncə tramvay xəttinə malik olmasa da, müasir parkları, özünəməxsus arxitekturu, dinamik enerjisi, rəqəmsal həyat ritmi olan bir şəhərdir. Bir zamanlar zavod fəhlələrinin növbə dəyişməsi ilə nəfəs alan Nizami yurdu, indi Avropasayağı şəhər mədəniyyəti olan bir məkandır.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır – Həkimlər xəbərdarlıq edir

İyul 27, 2026
Cəmiyyət

Azərbaycanın FIFA referi Konfrans Liqasının oyununu idarə edəcək

İyul 27, 2026
Cəmiyyət

Süni intellekt sirli məlumatları açıqladı

İyul 27, 2026
Cəmiyyət

Cərimə meydançasına aparılan maşınların xərcləri sürücüyə qaytarılacaq

İyul 27, 2026
Cəmiyyət

Kolleclərdə yüzlərlə plan yeri boş qaldı – “Peşə təhsili daha cəlbedici görünür”

İyul 27, 2026
Cəmiyyət

Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub

İyul 27, 2026

XƏBƏR LENTİ

Bu şəhər xəritədən silindi: Sakinlər təxliyə edildi

27 İyul, 26 / 23:21

Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır – Həkimlər xəbərdarlıq edir

27 İyul, 26 / 23:06

Arda Gülər “Real Madrid”dən gedə bilər

27 İyul, 26 / 22:51

Keçmişdən gələcəyə: 50 il əvvəlin və bu günün Gəncəsi – FOTOLAR

27 İyul, 26 / 22:37

Azərbaycanın FIFA referi Konfrans Liqasının oyununu idarə edəcək

27 İyul, 26 / 22:24

Süni intellekt sirli məlumatları açıqladı

27 İyul, 26 / 22:11

Putin Rusiya ordusunun şəxsi heyətinin sayını artırdı

27 İyul, 26 / 21:57

Cərimə meydançasına aparılan maşınların xərcləri sürücüyə qaytarılacaq

27 İyul, 26 / 20:39

Kolleclərdə yüzlərlə plan yeri boş qaldı – “Peşə təhsili daha cəlbedici görünür”

27 İyul, 26 / 20:26

Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub

27 İyul, 26 / 20:12
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.