Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR

Cəmiyyət

Honda və Nissan yeni nəsil avtomobillər üçün əməliyyat sistemini birlikdə hazırlamağı nəzərdən keçirirHonda və Nissan yeni nəsil avtomobillər üçün əməliyyat sistemini birlikdə hazırlamağı nəzərdən keçirir.
Cagdas.az  “The Japan Times”a istinadən xəbər verir ki, bazar günü yayılan məlumata görə, əməkdaşlıq imkanlarını müzakirə edən *Honda Motor* və *Nissan Motor* şirkətləri Nissan-ın texnologiyası əsasında proqram təminatı ilə idarə olunan avtomobillər (SDV) üçün ortaq əməliyyat sistemi hazırlamağı nəzərdən keçirirlər.

Proqram təminatı ilə idarə olunan avtomobillərə (SDV) avtonom idarəetmə kimi funksiyalar proqram yeniləmələri vasitəsilə əlavə oluna və ya mövcud funksiyalar daha da təkmilləşdirilə bilər. Əməliyyat sistemi yeni nəsil avtomobillərin əsas texnologiyalarından biri hesab olunur. Buna görə də onun standartlaşdırılmasının iki Yapon avtomobil istehsalçısı üçün proqram təminatının hazırlanmasını daha səmərəli edəcəyi gözlənilir.

Honda və Nissan 2024-cü ildə SDV texnologiyaları, batareyalar və avtomobil təchizatı da daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını araşdıracaqlarını açıqlamışdılar. Daha sonra tərəflər mümkün biznes inteqrasiyası ilə bağlı danışıqlara başlasalar da, bu birləşmə baş tutmadı. Buna baxmayaraq, şirkətlər ayrı-ayrı layihələr üzrə əməkdaşlığı davam etdirmək niyyətindədirlər.

Mənbələrin bildirdiyinə görə, SDV texnologiyasının əsas elementlərindən biri olan əməliyyat sisteminin standartlaşdırılması ilə bağlı aparılan müzakirələrdən sonra Honda və Nissan bu sahədə Nissan tərəfindən hazırlanmış texnologiyadan birgə istifadə etmək istiqamətində addımlar atmağa başlayıblar.(Referans Media)