Azərbaycanda yumurta istehsalı kəskin artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında quşçuluq müəssisələrində diri çəkidə 53 min ton quş əti istehsal olunub.
MÖVZU İLƏ BAĞLI:
Bir qəpiyə satılan yumurtalarla bağlı iddialara RƏSMİ CAVAB
Hesabat dövründə quşçuluq müəssisələrində 602,5 milyon ədəd yumurta istehsal edilib. İyulun 1-nə həmin müəssisələr üzrə quşların ümumi sayı 13 860,1 min baş təşkil edib.
Bundan əlavə, hər yumurtlayan toyuqdan orta hesabla 132 ədəd yumurta əldə olunub.
CAgdas.az bildiri ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, yumurta istehsalının artmasının bir neçə səbəbi var:
“Bilirsiniz ki, yay aylarında “kənd toyuqları” daha çox yumurtalayır. Belə ki, qış aylarında “kənd toyuqları” 100-120 min yumurta yumurtlayırdısa, yayda bu rəqəm 480-500 min üzərinə qalxır. Bir səbəb budur. Digər səbəb fabriklərdə yumurta istehsalının artmasıdır. Bu da əsasən günün uzun və günəşli olmasıdır.
Yumurta qiymətlərinin enmə ehtimalı var. Belə ki, fabrik yumurtası 12-14 qəpiyə qədər ucuzlaşa bilər. Hətta 10 qəpiyə də düşə bilmə ehtimalı var.
Amma 1 qəpiyə düşmə ehtimalı yoxdur. Bu sadəcə bir kampaniya idi. Bu bir də nə vaxtsa ola bilər, lakin yaxın günlərdə yox… “Kənd yumurtası” isə artıq 20 qəpiyədək ucuzlaşıb”.
















